Icma.az
close
up
RU
Agentlik sədri: Peşə təhsili üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi istiqamətində işlərə başlanıb

Agentlik sədri: Peşə təhsili üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi istiqamətində işlərə başlanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 may, Göyçək Mahmudlu, AZƏRTAC

"Məzunların məşğulluq reytinqi platforması” bizə ali təhsil müəssisələrini bitirən məzunların əmək bazarına inteqrasiyasını, məşğulluq dövrlərini və trendlərini real vaxtda izləmək imkanı yaradır. Həmin rəqəmsal sistem vasitəsilə məzunların daha çox təmsil olunduqları ixtisaslar və iqtisadi fəaliyyət sahələri müəyyən olunur. Bu da əmək bazarının tələbləri ilə təhsil sisteminin təklif etdiyi ixtisaslar arasında uyğunluğu təhlil etməyə və bu istiqamətdə əsaslandırılmış qərarların qəbul olunmasına imkan verir".

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda "Azərbaycanda əmək bazarının inkişafı perspektivləri: məşğulluq sahəsində innovasiyalar" mövzusunda təqdimatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, platforma, həmçinin muzdla çalışan şəxslərin hansı sektorlarda daha aktiv fəaliyyət göstərdiyini izləməyə, məşğulluq dinamikasını təhlil etməyə və əmək bazarında formalaşan sektorial trendləri müşahidə etməyə şərait yaradır: “Həmin baza bizə imkan verir ki, universitetlər və ixtisaslar üzrə nəticələri müqayisə edək, hansı ali təhsil müəssisəsinin məzunlarının əmək bazarına daha uğurla inteqrasiya olunduğunu müəyyənləşdirək. Nəticədə əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu və həmin tələbatın strukturunu dəqiq şəkildə müəyyənləşdirmək mümkün olur. Bu da təhsil proqramlarının optimallaşdırılması və ixtisas seçiminin daha düzgün istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Agentlik sədri qeyd edib ki, artıq peşə təhsili üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi istiqamətində işlərə başlanıb. Gələcəkdə həmin sahəyə dair məlumatların da reytinq platformasına inteqrasiyası planlaşdırılır: “Bu, bizə yalnız ali təhsil üzrə deyil, ümumilikdə milli səviyyədə kadr hazırlığı və məşğulluq siyasətini daha hədəfli şəkildə qurmağa imkan verəcək. Platforma təhsil və məşğulluq sahələri arasında körpü rolunu oynayır və həm qərarverici qurumlara, həm də ictimaiyyətə mühüm analitik imkanlar təqdim edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri