Agentlik rəsmisi: Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırmağa diqqət yetiririk
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 oktyabr, AZƏRTAC
İqlim təhsili siyasətimiz sadə, amma davamlıdır. İlk olaraq, müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırmağa diqqət yetiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin (ETN) Məktəbəqədər və Ümumi Təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı ETN və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfrans çərçivəsində təşkil edilən birinci Texniki sessiyada “Mövcud yaşıl təhsil təşəbbüsləri”ilə bağlı təqdimatı zamanı deyib.
O bildirib ki, müəllimlər bu transformasiyanın mərkəzindədir. Əsas məqsədlərdən biri müəllimlər arasında ekoloji savadlılığı təşviq etmək və davamlılığa yönəlmiş tədrisi həyata keçirmək üçün onların lazım olan bacarıq və kompetensiyalara yiyələnməsinə kömək etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















