Icma.az
close
up
RU
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb

Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Memorandum çərçivəsində tərəflər sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat  subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması və digər əlaqəli sahələrdə birgə tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq edəcəklər.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Görüşdə sənaye, istehsal, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, rabitə, ticarət, xidmət və digər sahələr üzrə biznes icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə çıxış ediblər.Biznes subyektləri ilə açıq dialoqun aparılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılması, bazar münasibətlərində bərabər şərtlərin təmin olunması və rəqabətə əsaslanan iqtisadi nizamın təşviqinin strateji prioritetlər olduğu diqqətə çatdırılıb. Dövlət satınalmaları, o cümlədən istehlakçı hüquqlarının müdafiəsi üzrə mövcud sahəvi qanunvericiliyin müasir çağırış və tələblərə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlandığı vurğulanıb.

Görüş zamanı Agentliyin Aparat rəhbərinin müavini Orxan Məmmədov, eləcə də ASK-nın baş katibi Ziya Hacılı təmsil etdikləri qurumların strukturu və fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər. Daha sonra Agentliyin sədrinin müşavirləri Cəfər Babayev və İlqar Həsənov müvafiq olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn məsələlər və ölkədə texniki tənzimləmə sisteminin yaradılması, texniki reqlamentlərin qəbulu ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Tədbirin davamında dövlət və publik hüquqi şəxslərin kommersiya fəaliyyəti, dövlət satınalmalarının səmərəli həyata keçirilməsi, satınalma sahəsində müraciətlərin araşdırılması mexanizmləri, həmçinin təchizatçıların uyğunluğuna və satınalma predmetinə dair sənədlərin optimallaşdırılması istiqamətində biznes ictimaiyyətinin təklifləri dinlənilib, təkliflərlə əlaqədar lazımi tədbirlərin görülməsi imkanları müzakirə edilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun məqsədi ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat  subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması, eləcə də birgə tədbirlər vasitəsilə iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://marja.az
archiveBu xəbər 12 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri