Icma.az
close
up
RU
Mingəçevir Dövlət Univeristeti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub

Mingəçevir Dövlət Univeristeti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) olub. Görüş çərçivəsində iqtisadiyyat yönümlü ixtisaslar üzrə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dəyirmi masa formatında baş tutan görüşdə universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ASK-nın prezidenti Məmməd Musayev ölkənin sosial-iqtisadi inkişafında universitet–sənaye əməkdaşlığının mühüm rol oynadığını diqqətə çatdırıb. Konfederasiya olaraq üzv müəssisələrin inkişafı üçün gənc mütəxəssislərin peşəkar hazırlığının prioritet istiqamətlərdən biri olduğunu vurğulayan M.Musayev əməkdaşlıq müzakirələrinin sahibkarlıq subyektlərinin ehtiyaclarının ödənilməsinə, eyni zamanda, gənclərin bilik və bacarıqlarının real istehsalat mühitində möhkəmlənməsinə şərait yaradacağını qeyd edib. O, bu təşəbbüslərin iqtisadiyyatyönümlü ixtisaslar üzrə kadr potensialının daha da güclənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

MDU-nun rektoru Anar Eminov universitetin təhsil proqramlarının daim təkmilləşdirildiyini, əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və sənaye tərəfdaşlıqlarının bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Universitet olaraq qarşıya qoyulmuş əsas hədəflərdən birinin məzunların yalnız nəzəri biliklərə yiyələnməsi ilə kifayətlənməyib, həm də praktiki bacarıqlarla formalaşmış şəkildə əmək bazarına çıxışını təmin etmək olduğunu diqqətə çatdırıb.

Rektor A.Eminov, həmçinin ASK-nı oktyabrın 24-də Mingəçevir şəhərində MDU, Azərbaycan–Türkiyə İş Adamları Birliyi və "HBN Group"un birgə təşkilatçılığı ilə keçiriləcək Regional Universitet–Sənaye Birliyi Sammitinin tərəfdaşlarından biri olmağa dəvət edib. Bu təklif ASK prezidenti Məmməd Musayev tərəfindən məmnuniyyətlə qəbul edilib.

Qeyd edək ki, görüş çərçivəsində MDU və ASK arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tələbələrin istehsalat təcrübələrinin təşkili, tədris proqramları və sillabusların təkmilləşdirilməsi, birgə elmi-tədqiqat layihələri və insan kapitalının inkişafına dair təşəbbüslər də müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri