Icma.az
close
up
RU
Agentliyin rəsmi internet səhifəsi “Ən yaxşı veb sayt” nominasiyasında qalib seçildi

Agentliyin rəsmi internet səhifəsi “Ən yaxşı veb sayt” nominasiyasında qalib seçildi

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində 2024-cü ildə bir sıra tədbirlər uğurla icra olunub.

Agentliyin prioritet fəaliyyət istiqamətlərinə informasiya dəstəyinin təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə layihələrin icrası davam etdirilib. A.Əhmədovanın sözlərinə görə qurumun fəaliyyəti, Xidmətlər Zərfi, qanunvericilikdə dəyişikliklər və s. barədə əhalini məlumatlandırmaq üçün 91 sayda məlumat açıqlanıb. Mediadan daxil olan 524 sorğu, sosial media hesablarına göndərilən 4083 sorğu cavablandırılıb. Hər il istifadəçi sayında artım müşahidə olunan Agentliyin yenilənmiş rəsmi internet səhifəsi NETTY – Milli İnternet Mükafatının “Dövlət və elektron hökumət” istiqaməti üzrə “Ən yaxşı veb sayt” nominasiyasında qalib seçilib.

İcbari tibbi sığorta sahəsində maarifləndirici silsilə tədbirlərin həyata keçirilməsi davam edib. Dövlət, qeyri-dövlət qurumlarının, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, məktəblilər və onların valideynlərini, dini icmaların nümayəndələrini məlumatlandırmaq üçün ümumilikdə 28 604 nəfərin iştirakı ilə 440 sayda maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə kampaniyası çərçivəsində televiziya, radio və rəqəmsal platformalar üzərindən genişmiqyaslı informasiya işi həyata keçirilib. İlin əvvəlindən müxtəlif televiziya kanallarında icbari tibbi sığorta mövzusunda xüsusi verilişlər yayımlanıb, həftəlik proqramlar təşkil edilib və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb. Bununla yanaşı, Agentliyin “Facebook” səhifəsi üzərindən 27 canlı yayım reallaşdırılıb. Radio dalğalarında isə dinləyicilərə icbari tibbi sığorta sisteminin iş prinsipləri və istifadə qaydaları haqqında gündəlik məlumatlar təqdim olunub. Bütün bu tədbirlər sayəsində geniş ictimaiyyət icbari tibbi sığorta mexanizminin imkanları barədə daha ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, respublika üzrə 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri, 17 Dövlət Sosial Müdafiə Fondunun filialları, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 80 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində ümumi olaraq 829 monitorda icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş olunub. Habelə Bakı şəhərindəki açıq məkanlarda və 18 metro stansiyasında 71 reklam və məlumatlandırma lövhəsinin nümayişi davam etdirilib. İcbari tibbi sığorta sistemi və sağlam həyat tərzinə dair 26 növ maarifləndirici çap materialı hazırlanıb.

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə dair ölkə üzrə əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğular keçirilib. Keçirilmiş sosioloji sorğular əhalinin 95%-nin məlumatlı, 59%-nin isə tibbi xidmətlərdən məmnun olduğunu göstərir.

İctimaiyyətin məlumatlandırılması, media və QHT nümayəndələri ilə işin təkmilləşdirilməsi məqsədilə mətbuat konfransı, media-turlar və “Açıq qapı” günü həyata keçirilib.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentlik ilə əməkdaşlıq edən bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və yeni əməkdaşlıq imkanları ətrafında səmərəli layihələrin davam etdiriləcəyinə inanırıq. İcbari tibbi sığorta ilə bağlı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün qurumun internet saytını və sosial media hesablarını izləyə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Fevral 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri