Icma.az
close
up
RU
Mədənin xərçəngi riskini artıran gizli amillər müəyyən EDİLDİ

Mədənin xərçəngi riskini artıran gizli amillər müəyyən EDİLDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Mədə xərçəngi riski ilk simptomlar ortaya çıxmazdan çox əvvəl formalaşır və buna yaş, siqaret çəkmə, qanla bağlı genetik dəyişikliklər, hətta ağız boşluğundakı bakteriyalar təsir göstərir. Bu nəticəyə Sinqapurun Duke-NUS Tibb Məktəbi və Milli Səhiyyə Universitet Sistemi alimləri gəlib.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Cancer Discovery" (CanDis) jurnalında dərc olunub.

Alimlər altı ölkədən 1500-dən çox könüllüdə mədə selikli qişasının prekanseröz dəyişiklikləri olan intestinal metaplaziya nümunələrini analiz ediblər. Məlum olub ki, bu mərhələdə artıq hüceyrələrdə gələcək şiş üçün xarakterik mutasiyalar toplanır. Xüsusi diqqət ARID1A genindəki zədələrə yönəldilib: bu mutasiyalar xərçəngə keçmə riskinin yüksək olması və proqnozun pisləşməsi ilə əlaqələndirilib.

Alimlər həmçinin oksidləşdirici stres ilə bağlı spesifik DNT zədələnmə “izini” aşkarlayıblar. Bu proses siqaret çəkdikdə güclənir və zamanla mədə toxumalarında bədxassəli dəyişikliklərin yaranma ehtimalını artırır.

Digər risk amili isə klonal hemopoezdən ibarətdir – qan kök hüceyrələrində yaşa bağlı mutasiyalar. Bu, xüsusilə yaşlı insanlarda daha çox müşahidə olunur və mədə xərçənginə qarşı həssaslığı artırır. Belə xəstələrdə mədə selikli qişasında ağız boşluğuna xas bakteriyalar, o cümlədən Streptococcus daha çox aşkar edilib. Alimlərin fikrincə, immun sistemində yaşla bağlı dəyişikliklər və xroniki iltihab selikli qişanın zədələnməsini sürətləndirə bilər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, mədənin xərçəngi tək bir səbəbdən deyil, uzun müddət ərzində mənfi faktorların toplanması nəticəsində inkişaf edir. Bu gizli mexanizmlərin anlaşılması risk qrupuna daxil olan insanları xəstəlik yaranmazdan əvvəl aşkar etməyə və daha effektiv profilaktik tədbirlər hazırlamağa imkan verə bilər.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri