Icma.az
close
up
RU
Ağıllı ayaqqabıların sirri açıqlandı

Ağıllı ayaqqabıların sirri açıqlandı

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Əsgəri xəbərdarlıq etməklə minadan qoruyan smart ayaqqabı” adlı layihəsi “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, müsabiqənin milli final mərhələsində təqdim olunan layihələr arasında məktəbin komandasının işi elə ilk gündən mütəxəssis alimlərin və hərbi sənaye üzrə ixtisaslaşmış ekspertlərin xüsusi marağına səbəb olub.

Layihənin elmi rəhbəri məktəbin fizika müəllimi və direktoru Seyran Əliyev, komandanın üzvləri isə X sinif şagirdi Talib Cabbarov və IX sinif şagirdi Elay Mikayıllıdır. Komanda üzvləri layihəni təqdim edərkən müharibədən sonra mina partlayışlarının yaratdığı təhlükəli nəticələrə diqqət çəkiblər. Şagirdlərdən Elay Mikayıllı bildirib ki, mina problemi bu gün də aktual olaraq qalır:
“Vətən müharibəsindən sonra 85 nəfər mülki vətəndaş mina partlayışına məruz qalıb. Onlardan 30 nəfəri həlak olub, 55 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb”. 

Digər iştirakçı Talib Cabbarov isə layihənin texniki xüsusiyyətləri barədə məlumat verib. Onun sözlərinə görə, hazırlanan sistem əsgərlərin fərdi təhlükəsizliyini artırmaq məqsədilə ayaqqabının alt hissəsinə yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub:

“Layihənin sxemini hazırladıq, lazımi detalları kiçik ana lövhəyə yığaraq cihazı ayaqqabının alt hissəsinə yerləşdirdik. Minalanmış ərazidə hərəkət zamanı ayaqqabı torpağa tam təmas etməzdən əvvəl sistem metal mina ehtimalını müəyyən edərək istifadəçiyə səs, vibrasiya və ya işıq siqnalı vasitəsilə xəbərdarlıq edir. Bundan əlavə, piezo element vasitəsilə addım zamanı yaranan enerji elektrik enerjisinə çevrilərək batareyaları doldurur və cihazın fasiləsiz işləməsinə imkan yaradır. Məqsədimiz əsgərin hər addımının təhlükəsiz olmasına töhfə verməkdir”. 

Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi artıq beşinci dəfədir ki, “Sabahın alimləri” müsabiqəsinin finalında iştirak edib. Məktəbin komandası bundan əvvəl də beynəlxalq səviyyədə uğur əldə edib. Belə ki, gənc tədqiqatçılar SAF 2025 Beynəlxalq STEAM Festivalında fərqli layihə ilə çıxış edərək III yerə layiq görülüb və bürünc medal qazanıblar.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin layihəsi də uğur qazanıb. Məktəbin şagirdləri Aytac Hünbətova və Sumana Qarayevanın Samirə Əmrahovanın elmi rəhbərliyi altında hazırladıqları “SumacDent” layihəsi bürünc medala layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Mart 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri