Icma.az
close
up
RU
“Ağıllı” məskunlaşma və dayanıqlı icmaların qurulması

“Ağıllı” məskunlaşma və dayanıqlı icmaların qurulması

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” mövzusunda sessiya təşkil olunub.

Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyada süni intellekt əsaslı həllərin şəhərsalma, qərarqəbuletmə, dayanıqlı infrastrukturun qurulması və insan mərkəzli şəhərlərin inkişafındakı rolu müzakirə edilib. Tədbirdə “United for Smart Sustainable Cities” (U4SSC) təşəbbüsü çərçivəsində hazırlanan və dünyanın 250-dən çox şəhərində tətbiq olunan “Ağıllı Dayanıqlı Şəhərlər üzrə Əsas Performans Göstəriciləri”nin (KPI) əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, bu göstəricilər şəhərlərə məlumat və analitika əsasında mənzil siyasətinin, xidmət keyfiyyətinin, infrastruktur dayanıqlılığının və ümumi həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır. Sessiya çərçivəsində U4SSC təşəbbüsünün bir sıra yeni sənədləri və praktiki alətləri də təqdim olunub. Tədbirdə, həmçinin bu il mayın 11-də keçirilmiş “3-cü BMT Virtual Dünyalar Günü”nün nəticələri müzakirə edilib. Çıxışlarda süni intellekt, rəqəmsal əkizlər, virtual mühitlər, məkan intellekti və agentəsaslı sistemlərin şəhər idarəçiliyi və dayanıqlılıq strategiyalarında tətbiq imkanlarına toxunulub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında Azərbaycanın süni intellekt və data mərkəzləri sahəsində regional hab kimi mövqeyini gücləndirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda data mərkəzlərinə tələbat təxminən 850 meqavat həcmində qiymətləndirilir, halbuki mövcud regional təklif cəmi 30 meqavat təşkil edir. Nazir müavini qeyd edib ki, Azərbaycanın üstünlükləri sırasında 2 giqavatdan çox artıq enerji gücü, inkişaf mərhələsində olan 10 giqavatlıq yaşıl enerji layihələri, rəqabətqabiliyyətli elektrik tarifləri, tam fiber-optik şəbəkə əhatəsi və Avropanın əsas internet mübadilə nöqtələrinə çıxış yer alır.

Samir Məmmədov əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycanda 30-50 min qrafik prosessor (GPU) yerləşdirilməsi nəzərdə tutulur və bu istiqamətdə aparıcı qlobal texnologiya şirkətləri ilə müzakirələr aparılır.

Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru Seizo Onoe isə bildirib ki, süni intellektin uğurlu tətbiqi effektiv dövlət idarəçiliyi, innovasiya, etibarlı standartlar və qarşılıqlı fəaliyyət sistemlərindən asılıdır.

“İnnovasiyalarda irəliləyiş və texnologiyaların effektiv işləməsi üçün şirkətlər, biznes tərəfdaşları və hökumətlər arasında səmərəli kommunikasiya tələb olunur. Bu gün bunun əhəmiyyəti əvvəlkindən daha da artıb”, – deyə o vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında şəhərlərdə mənzil böhranı və iqlim dəyişmələri fonunda rəqəmsal texnologiyalar və süni intellektin mühüm rol oynadığını bildirib.

O qeyd edib ki, “ağıllı şəhər” yanaşmaları insan mərkəzli olmalı, insan hüquqları, inklüzivlik və bərabərlik prinsiplərinə əsaslanmalıdır.

Sessiyada həmçinin ICLEI təşkilatının direktoru Metyu Bax, Moskva hökumətinin müşaviri Dmitri Ontoyev və Quançjou Şəhər İnnovasiyaları İnstitutunun icraçı direktoru Nikolas Yu iştirak ediblər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri