Icma.az
close
up
RU
Ağır avtoqəza törətmiş məmur övladları ADLAR

Ağır avtoqəza törətmiş məmur övladları ADLAR

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məmurlar gündəlik fəaliyyətləri ilə yanaşı bəzi hallarda özlərinin və yaxud ailə üzvlərinin hərəkətləri ilə gündəmə gəlirlər. Bəzi hallarda isə onların ailə üzvlərinin mənfi davranışları ictimaiyyətdə rezonans doğurur.
Bir sıra məmurlar ailə üzvlərinin törətdiyi avtomobil qəzaları ilə müzakirələrə səbəb olublar.
Bizim.Media son dönəmlərdə ağır avtoqəza törədən məmur övladları ilə bağlı araşdırmanı təqdim edir:
Əli Həsənov
Baş nazirin sabiq müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində ağır qəza törədib. Nail Allahverdiyev idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Nail Allahverdiyev bu əməlinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nizami Ələkbərov
İsmayıllı rayonunun sabiq İcra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov və qardaşı, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun “Hummer” markalı maşını ilə İsmayıllı şəhərindəki "Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurub. Daha sonra  yaranan mübahisədə Elxan Ələkbərov sürücüləri söyüb, təhqir edib.
Hadisədən az sonra Dövlət başçısı Nizami Ələkbərovu vəzifəsindən azad edib.
Asif Əsgərov
Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. Bu avtoqəzada avtomobildə olan "Makdonalds" şirkətinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin həyatına son qoyulub. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da onun məhbus həyatı uzun sürməyib.
Mübariz Mədətov
Daha bir dəhşətli yol qəzasını isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov törədib. Onun törətdiyi qəzada Xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həyatını itirib. Hadisədən iki gün sonra isə Mübariz Mədətov tutduğu vəzifəsindən azad edilib.
Nazim İsmayılov
Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Nazim İsmayılovun kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. Hadisə Sabirabad rayon mərkəzində olub. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.
Novruzəli Orucov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini general Novruzəli Orucovun oğlu Rüstəm Orucov idarə etdiyi 10-OG-300 nömrəli "BMW" ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb.
Hadisədən sonra Dövlət başçısının sərəncamı ilə Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi vəzifəsindən azad edilib.
Emin Şəkinski
2012-ci ildə Fəxri Şəkinski idarə etdiyi “Mercedes-S klas” markalı avtomobili yol kənarındakı dirəyə çırpmaqla qəza törədib. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. 
O, Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, polis general-mayoru Emin Şəkinskinin oğlu idi. 22 yaşında dünyasını dəyişən Fəxri Emin Şəkinskinin yeganə övladı olub. 
Cəmşid Hənifəyev
2016-cı ilin noyabrında Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevin idarə etdiyi "Galendewagen" markalı avtomobillə ABŞ səfirliyinə məxsus GMC markalı maşın toqquşub. Nəticədə avtomobillər yararsız hala düşüb və səfirlik əməkdaşı yüngül xəsarət alıb.
Yuzasif Kərimov
2016-cı ildə Respublika Klinikasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olmuş Yuzasif Kərimovun oğlu Rəhim Kərimov “Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus olan "Mercedes-Benz S350" markalı avtomobili ilə yol hərəkət qaydasını kobud şəkildə pozaraq qəzaya səbəb olub. Nəticədə məhkəmə hakimi olan Elbəy Allahverdiyevin oğlu, ADA-nın 3-cü kurs tələbəsi olmuş Rüfət Allahverdiyev hadisə zamanı həyatını itirib.
Vidadi Bəylərov
2013-cü ildə Tərtər rayonunda icra başçısının sabiq müavini Vidadi Bəylərovun oğlu avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoyub, digərinin isə ömürlük şikəst qalmasına səbəb olub. 
Vidadi Bəylərovun oğlu başqa bir gənclə “avtoş”luq edirmiş. "Yarışa" çıxan icra başçısının müavininin oğlu "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Hadisədən sonra Vidadi Bəylərov vəzifəsindən azad edilib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri