Ağır cinayətlər törətməkdə təqsiləndirilirlər Məhkəmələri başladı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə təqsiləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
"AzPolitika" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə baxışında dövlət ittihamçısı ittiham aktını elan edib.
Prosesin davamında hər üç təqsirləndirilən şəxs ifadə verib.
Şahidlərin dindirilməsi məqsədi ilə növbəti proses oktyabrın 6-na təyin edilib.
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə təqsiləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) və 302.1-ci (Qanunsuz əməliyyat-axtarış tədbirləri keçirmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 25 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















