Ağır xəstəlikdən əziyyət çəkən Selin Dion səhnəyə qayıdır
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əfsanəvi kanadalı müğənni Selin Dion uzunmüddətli fasilədən sonra yenidən səhnəyə qayıdır.
Qaynarinfo xəbər verir ki, "Variety” nəşrinin məlumatına görə, artıq Parisdə bu ilin sentyabr və oktyabr aylarında ulduzun çıxışları planlaşdırılır. Lakin sənətçi və onun menecmenti hələlik bu barədə rəsmi açıqlama verməyib.
"Gözlənilir ki, Dion bu payızdan etibarən Parisdə yerləşən "Paris La Défense" arenasında bir sıra konsertlər versin. Bu məkan daha əvvəl Teylor Svift, Rolling Stones və Kendrik Lamar kimi ulduzların çıxışlarına ev sahibliyi edib”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Fransada keçirilməsi planlaşdırılan konsertlər hələ altı il əvvəl nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbilə ləğv edilmişdi. 2022-ci ildə isə Selin Diona sərt insan sindromu diaqnozu qoyulub. Bu, əzələlərin normal fəaliyyət göstərməsinə mane olan autoimmun pozuntudur. Sağalmaz xəstəlik səbəbindən müğənni bütün planlaşdırılan çıxışlarını ləğv edərək diqqətini müalicəyə yönəltmişdi.
Buna baxmayaraq, 2024-cü ildə ulduz Olimpiya Oyunlarının açılış mərasimində fransız müğənni Edit Piafın "Hymne à l’Amour” mahnısını ifa edərək səhnəyə qayıtmışdı.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Mart 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















