Ağızda tüpürcək yığılmasının səbəbi nədir?
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağızda tüpürcək yığılması, tibbi adı ilə hipersalivasiya, insanın həyat keyfiyyətini azaldan və sosial münasibətlərinə mənfi təsir göstərən problemdir.
Pravda.az bildirir ki, bu hal danışma, udma və qidalanmada çətinlik yarada bilər. Əsas səbəbi tüpürcək vəzilərinin həddindən artıq işləməsi ilə bağlıdır.
Səbəblər arasında ağız içi infeksiyalar, nevroloji xəstəliklər (xüsusilə Parkinson), reflü, bəzi dərmanların qəbulu, hamiləlik və allergik reaksiyalar yer alır. Əlamətlərə isə ağızda daim nəm hissi, tüpürcəyin axması, tez-tez udma ehtiyacı, nəfəsalma problemləri və ağız içi yaralar daxildir.
Müalicə üsulları səbəbə əsaslanır. Yüngül hallarda xüsusi ağız spreyləri istifadə olunur. Ciddi hallarda isə botoks, dərmanlar və ya cərrahi müdaxilə tətbiq oluna bilər. Evdə nanə, adaçayı kimi təbii üsullarla və ağız gigiyenasına diqqət etməklə simptomlar yüngülləşdirilə bilər. Lakin əvvəlcə həkim müayinəsi şərtdir.
Əminə Bayramova

