Icma.az
close
up
RU
Ağızda quruluq. SƏBƏBLƏR

Ağızda quruluq. SƏBƏBLƏR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər ağızda quruluq insanı yalnız səhərlər narahat edirsə, buna görə narahat olmağa dəyməz.

Gecə yuxuda insan tərləyir, ağızla nəfəs alır və bu da ağızda quruluğa səbəb olur.

İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı da ağızda quruluq hiss olunur. Bunun səbəbi orqanizmin yüklək hərarətin və ümumi intoksikasiyanın nəticəsində susuzlaşmasıdır. Həmçinin ishal və qusma zamanı da orqanizmin susuzlaşması baş verir və bunun nəticəsində ağızda quruluq yaranır.

Lakin əgər ağızda quruluq sizi çox tez-tez və səbəbsiz olaraq narahat edirsə, mütləq həkimə müraciət edin. Bəzən bu ciddi xəstəliklərin simptomu ola bilər.

Ağızda quruluq digər simptomlarla da müşayiət olunur: susuzluq, tezləşmiş sidik ifrazı, udmanın çətinləşməsi, ağızdan pis qoxu, boğazda ağrılar, səsin tutulması və s.

Ağızda quruluq bu kimi hallarda mümkündür:

- Bəzi dərman preparatların qəbulu buna səbəb ola bilər. Bu dərmanlar arasında: antibiotiklər, göbələk əleyhinə preparatlar, sakitləşdirici preparatlar, allergiya əleyhinə preparatlar, ishala, qusmaya qarşı preparatlar və s.

- Burun nəfəsalmanın pozulması ağızda quruluğa səbəb ola bilər. Burun nəfəsalması burun çəpərinin əyriliyi, burunda poliplər, şişlər, haymorit zamanı pozula bilər.

- Şəkərli diabet zamanı insanı güclü susuzluq narahat edir, insan daim ağızda quruluq hiss edir, tez-tez sidik ifraz edir, "səbəbsiz" arıqlayır, halsızlıq hiss edir, dəri və cinsiyyət orqanlarında qaşınma, göynəmə olur.

- Bəzən stomatoloji prosedurlar və ağız boşluğunda aparılan əməliyyatlar zamanı tüpürcək vəziləri zədələnir və bu da onların fəaliyyətini pozur. Nəticədə ağızda quruluq yaranır. Nəzərinizə çatdıraq ki, ağız suyunun çox böyük əhəmiyyəti var. Ağız suyu ağız boşluğuna düşən quru qidanı isladır və nəticədə onun udması asanlaşır, digər tərəfdən ağız suyunun antiseptik xüsusiyyətləri var - ağız boşluğuna düşən mikrobları zərərsizləşdirir, dişlərin və damaqların sağlamlığını qoruyur.

- Çoxlu miqdarda siqaret çəkən insanlar da tez-tez ağızda quruluq hiss edir.

- Bir çox mədə-bağırsaq sistemi xəstəlikləri zamanı ağızda quruluq hiss olunur. Bu xəstəliklər arasında: öd yolları və öd daşı xəstəlikləri, duodenit, pankreatit, qastrit, disbakterioz, qıcıqlanmış bağırsaq sindromu.

- Nevroz, psixoz, digər nevroloji xəstəliklər zamanı da bu simptom meydana çıxa bilər.

- Klimaks dövründə qadını digər əlamətlərlə yanaşı (baş gicəllənməsi, ürək döyünməsi, istilik, əsəbilik, yuxusuzluq və s.) ağızda, gözlərdə, boğazda, uşaqlıq yolunda quruluq narahat edə bilər.

- Nadir autoimmun xəstəliyi olan Şeqren sindromu zamanı da insanı bütün selikli qişalarda (ağızda, gözlərdə, boğazda) quruluq, dərinin çox quru olması və s. simptomlar narahat edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri