Icma.az
close
up
RU
“Ağlasığmaz olsa da, reallıqdır” Məmurların taleyini həll edəcək yeni qaydanın TƏHLİLİ

“Ağlasığmaz olsa da, reallıqdır” Məmurların taleyini həll edəcək yeni qaydanın TƏHLİLİ

Icma.az, News24 saytına istinadən bildirir.

“Proqramçılar və İT mütəxəssislər dövlət məmurlarının işdə qalıb-qalmamasına qiymət verəcək. Ağlasığmaz olsa da bu, reallıqdır”. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın dövlət sektorunda səmərəliliyi müəyyən etmək üçün yaratdığı yeni qurumdan – Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentindən (DOGE) danışarkən belə deyib.

News24.az bildirir ki, o xatırladıb ki, Tramp milyarder İlon Maskı həmin qurumun rəhbəri təyin edib: “Mask DOGE-nin əsas komandasını “X” şəbəkəsində elan verməklə və özünün rəhbərlik etdiyi İT şirkətlərdə çalışan gənc proqramçılardan, data analitiklərdən və İT mütəxəssislərdən formalaşdırıb. Maskın özünün də hətta gecələr DOGE-nin yerləşdiyi binada yatdığı bildirilir.

Maraqlıdır ki, dövlət sektorunda səmərəlilik və effektivliyi müəyyən etmək üçün də indiyədək dövlət sektorundakı ənənəvi üsullardan deyil, fərqli bir yanaşmalar tətbiq edilib. İlon Mask indiyədək Tesla, SpaceX və X-da optimallaşdırma və qənaətlə, səmərəliliklə bağlı tətbiq etdiyi bütün üsulları dövlət sektoruna tətbiq edir. Yəni qısa desək, Mask hazırda dövlət sektorunda səmərəliliyi ölçmək üçün biznes sektorundakı yanaşmalardan, monitorinq və hesabatlılıq sistemlərindən istifadə edir”.

O.Gündüz qeyd edib ki, İ.Maskın komandası 2 milyon federal işçiyə e-poçt göndərib: “Məmurlar son bir həftədə gördükləri işlərlə bağlı məlumat verməlidirlər. Düşünmək olar ki Maskın DOGE-dəki İT komandası süni intellekt, Big Data analizləri və digər rəqəmsal alətlərdən istifadə etməklə bu e-mailləri emal edib işçilərin taleyi ilə bağlı qərar verəcək. Cavab verməyənlər avtomatik işdən çıxarıla bilər. Məqsəd “ölü canları” sistemdən çıxarmaq, optimallaşma və büdcəyə qənaət etməkdir”.

O.Gündüz hesab edir ki, dövlət büdcəsindən effektiv istifadə və real işləməyənlərin aşkarlanması, süni intellekt və avtomatik nəzarət ilə idarəçiliyin optimallaşdırılması, hesabatlılıq və şəffaflıq baxımından tətbiq olunan yanaşma faydalı ola bilər: “Amma süni intellektin verdiyi səhv cavablarla işdən çıxarılanlar, kütləvi hüquq pozuntuları, hüquqi və sosial problemlər, yaradıcılıqla bağlı məqamların nəzərə alınmaması, korrupsiya riskləri üçün münbit şəraitin yaranması və s. bu kimi risklər də qaçılmazdır.

Beləliklə, görünən odur ki ABŞ-da dövlət idarəetməsində yeni bir dövr, biznes idarəetməsinin üstünlük təşkil etdiyi dövr başlayır. Görəsən biznesin idarəçilik prinsiplərinin dövlət sisteminə gətirilməsi özünü doğruldacaqmı?” /medianews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Fevral 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri