Icma.az
close
up
RU
Ağrı dağının əsl möhürü vurulur

Ağrı dağının əsl möhürü vurulur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənilər bu zirvəyə ağrılı keçmiş kimi baxacaqlar

Ermənistan hökuməti noyabrın 1-dən etibarən sərhəd möhürlərindən Ağrı dağın təsvirini çıxarmaq barədə qərar qəbul edib. Bu addımın texniki prosedur kimi görünməsinə baxmayaraq, ölkənin milli simvollarının siyasi və psixoloji yükünü nəzərə alanda daha geniş məna daşıyır. Tipik erməni düşüncəsi ilə qərar “söykökə xəyanət” hesab oluna bilər. Amma mahiyyətə vardıqda bəlli olur ki, Ermənistana aid olmayan bir dağın ölkədə bu qədər ilahiləşdirilməsi “erməni xəstəliyinin” ən bariz nümunələrindən idi. İndi hökumət qonşularla münasibətləri tənizmləmək məqsədilə bu xəstəliyə qarşı “peyvənd” hazırlayır.

Yeni möhür forması Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında öz əksini tapıb. Qaydalar cari il noyabrın 1-dən qüvvəyə minəcək. Ermənistanın "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının katibi Artur Ovannisyan Ermənistanın yalnız öz dövlət rəmzləri ilə fəaliyyət göstərməli olduğunu bildirib. O qeyd edib ki, erməni xalqı emosionallıqdan azad olmalı, möhür və ya bəyanat olmasından asılı olmayaraq Alma-ata Bəyənnaməsinin prinsipləri əsasında heç bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar göndərməməlidir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə strateji tarazlığın təmin edilməsi üçün sərhəd möhürlərindən Ağrı dağın təsvirinin çıxarılmasının sülhə xidmət etdiyini vurğulayıb.

Bəli, “Böyük Ermənistan” xülyasından bihuş olan hayların müharibədən sonrakı reallıqlarla barışması bu məqamda sülhə əsaslı ümidlər yaradır. Ağrı dağının mərkəzi təsviri Sovet dövründə Ermənistan SSR gerbində əsas element kimi yer alıb. Müstəqillikdən sonra qəbul edilən rəsmi gerbdə dağın zirvəsi və Nuhun gəmisi qorunub saxlanılıb. Ağrı dağı motivi, həmçinin müxtəlif sahələrdə geniş istifadə olunub. Ermənistan dramı banknotlarının müxtəlif seriyalarında dağın silueti yer alıb, ilk müstəqil poçt markalarının böyük hissəsi Ağrı dağın təsviri ilə hazırlanıb. İrəvan şəhərinin emblemi də dağın konturunu əhatə edir, İrəvan Dövlət Universiteti, Ermənistan Futbol Federasiyası, “FC Masis” və “Ararat-Armenia” kimi futbol klublarının loqolarında da dağın simvolu var. Kommersiya sektorunda “Ararat” konyakı, şərab və turizm məhsullarında bu simvol davamlı olaraq istifadə olunur. Bu baxımdan geniş yayılmış rəmzin dövlət möhürlərindən çıxarılması uzun illər formalaşmış milli psixologiyanı dəyişdirmək istiqamətində ciddi siqnaldır. Məhz möhürlərdən Ağrı dağının çıxarılması qərarından sonra növbə bütün Ermənistan gündəmindən bu yanlış düşüncənin təmizlənməsidir.

Ermənistan hökumətinin bu qərarı Ankara ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyır. Türkiyə tərəfi uzun illər Ermənistanın dövlət atributlarında öz ərazisinə aid obyektlərin təsvirini ərazi iddiası kimi qiymətləndirib. Paşinyan administrasiyası bu məsələyə diqqət yetirərək regional reallıqlara uyğunlaşmaq, Zəngəzur dəhlizinə (TRIPP) alternativ yollar açmaq və iqtisadi əlaqələri genişləndirmək istəyir. Ağrı dağı simvolunun möhürlərdən silinməsi Türkiyə-Ermənistan dialoqu üçün etimad mühiti yarada bilər. Bu addım qarşılıqlı jest kimi qiymətləndirilə, sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası prosesini sürətləndirə bilər. Bu qərar həm də Ermənistan-Azərbaycan normallaşma prosesinə dolayı təsir göstərə bilər, çünki İrəvanın praqmatik siyasəti regional əməkdaşlıq imkanlarını genişləndirir.

Ermənistanın müxalif qüvvələri bu addımı milli rəmzlərdən imtina və “mirasa xəyanət” kimi dəyərləndirərək hökuməti tənqid edir. Lakin Paşinyan komandası real siyasi-iqtisadi maraqları ön plana çıxararaq daxili reaksiyaları balanslaşdırmağa çalışır. Ağrı dağı haylar üçün nəinki coğrafi obyekt kimi, həm də mifik və tarixi simvol olaraq önəmlidir. Onun İrəvandan görünən mənzərəsi ermənilərdə “nostalji” və milli yaddaş hissini gücləndirir. Regionda bunun doğuracağı reaksiyalar qaçılmaz olsa da, bu dəyişiklik Ermənistanın yeni diplomatik kursunun açıq simvoludur.

P.S. Təbii ki məsələnin kökündə dayanan yeganə amil Türkiyə deyil. Həmişəki kimi, ikili siyasət yürüdən Nikol Paşinyan bu addımla Qərbə də göz qırpır. Çünki Ermənistanın sərhəd möhürlərindən Ağrı dağı təsvirinin çıxarılması barədə dəyişiklik, xüsusilə Avropa İttifaqında, sərhəd keçidlərində daha sadə və funksional dizaynların tətbiqinə yönəlmiş yanaşmanın bir hissəsidir. Növbəti aydan başlayaraq 29 Avropa ölkəsi ənənəvi pasport möhürlərini tamamilə ləğv edərək biometrik məlumatlara əsaslanan Elektron Giriş/Çıxış Sistemi (EES) tətbiq etməyə başlayacaq. Bu sistem üz tanıma və barmaq izi skanerləri vasitəsilə sərhəd keçidlərini izləyəcək və fiziki möhürlərə ehtiyacı aradan qaldıracaq. Yəni, Paşinyan Ağrı dağının təsvirini möhürdən elə-belə götürməyib. Bir tərəfdə Ankara ilə münasibətlərin normallaşması prosesi dayanırsa, digər tərəfdə İrəvan bu addımla Qərbə qucaq açmağa hazır olduğunu bildirir.

Aydın MİRZƏZADƏ,
Milli Məclisin deputatı

Ermənistanın rəsmi möhüründə digər ölkələrin coğrafi simvollarının təsvir olunması həm qanuna uyğun deyil, həm də beynəlxalq hüquq normalarına ziddir. Bu addım, eyni zamanda, qonşuluq münasibətlərinin əsas prinsiplərinə uyğun gəlmir və bölgədə sülh və sabitlik üçün ciddi narahatlıq yaradır. Əgər Ermənistan qonşularla, xüsusən Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq niyyətində olsaydı, belə addımlar atmazdan əvvəl məsələləri ciddi şəkildə nəzərə almalı idi. Bu baxımdan, hazırda Ermənistanın Türkiyə ilə münasibətlərdə göstərdiyi yüksək maraq və fəallıq diqqət çəkir. Həqiqətən də, həmin maraq fonunda atılmış bu addım Ermənistanın siyasət strategiyasının bir hissəsi kimi dəyərləndirilə bilər.

Digər tərəfdən, Ermənistanın rəsmi möhürləri və bunun ətrafında baş verən məsələlər artıq ölkənin daxili siyasətinin predmetidir və biz bunu yalnız rəsmi mövqe olaraq qiymətləndiririk. Lakin biz istərdik ki, Ermənistan qonşularla, o cümlədən Azərbaycanla münasibətlərində də obyektiv və balanslı mövqe tutsun, bölgədəki gərginliyi artıracaq addımlardan çəkinərək dialoq və əməkdaşlığa üstünlük versin.

Bu, yalnız qonşuluq siyasətinin tələb etdiyi sivil yanaşma deyil, eyni zamanda Ermənistanın beynəlxalq nüfuzunun qorunması və bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından da vacibdir.

Əhməd ABBASBƏYLİ,
Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri

Erməni cəmiyyəti əsasən sülh müqaviləsinin tərəfdarı deyil və Paşinyan siyasətinə mənfi münasibət bəsləyir. Eyni zamanda, cəmiyyətin içində ciddi qarşıdurma mövcuddur: bir tərəfdə məğlubiyyəti qəbul etməyən, revanşist və şovinist, digər tərəfdə isə Ermənistanın gələcəyini düşünən, proqressiv və reallığa uyğun mövqe tutan qruplar dayanır. Bu iki cəbhə arasında ciddi rəqabət var.

Müşahidələr onu deməyə əsas verir ki, Rusiya müxtəlif yollarla Paşinyan hakimiyyətini devirmək və özünə sadiq şəxsləri hakimiyyətə gətirmək cəhdləri göstərsə də, hələki heç biri uğurla nəticələnməyib. Paşinyan həm Rusiyaya, həm də ölkədaxili qüvvələrə qarşı açıq şəkildə mübarizə aparır ki, bu da onun Ermənistan şəraitindəki siyasi nüfuzunu göstərir.

Paşinyanın yürütdüyü siyasət erməni cəmiyyətində müəyyən təsir yaratmağı bacarıb. Sosial şəbəkələrdə və digər informasiya platformalarında aparılan mübarizələr cəmiyyəti tam dəyişdirmir, amma uzun müddətə sülh yönümlü və proqressiv addımlar atmağa sövq edir. Erməni ictimaiyyəti stereotiplərlə dolu olsa da, mütərəqqi xadimlərin fəaliyyəti və sistemli yanaşmalar nəticəsində cəmiyyətin dəyişməsi mümkündür. Paşinyan hakimiyyəti davam edərsə, konstitusiya dəyişiklikləri və sülh müqaviləsi istiqamətində addımların atılması gözlənilir. Erməni cəmiyyəti də müvafiq olaraq qlobal mühitdə özünü sistem daxilində aparmağı öyrənməli və bu imkanlardan faydalanmalıdır

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see276

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see251

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see233

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see232

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see231

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see229

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see224

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see219

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see215

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see210

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see201

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see197

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see190

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see186

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see186

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see180

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see179

Anqolalı vinger “İmişli”də

27 İyul 2026 22:21see177

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see177

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri