Icma.az
close
up
RU
Ağrı dağının təsvirindən imtina...

Ağrı dağının təsvirindən imtina...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilir?

Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməsi yeni məsələ deyil. Bu ölkə Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edib. Lakin dövlətimizin öz ərazi bütövlüyünü bərpa etməsi və regionda yeni reallıqlar yaratması vəziyyəti dəyişməkdədir.

Artıq Ermənistanda anlamağa başlayıblar ki, qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etmək ilk növbədə özünün ziyanınadır. Azərbaycan ərazilərinin  30 illik işğalının nəticəsi rəsmi İrəvan üçün dərs olub. Bu işğal nəinki ermənilərə fayda vermədi, əksinə Azərbaycan öz torpaqlarını azad edərək İrəvanı kapitulyasiyaya məcbur etdi. İndi İrəvan Türkiyəyə qarşı olan iddialarından da geri çəkilməkdədir. Məlumdur ki, indiyədək İrəvan Türkiyəyə qarşı iddialarını bəzi dövlət rəmzlərində ifadə edir. Məsələn, Ermənistana giriş-çıxış üçün sərhəd möhüründə Ağrı dağının təsviri var idi. Bu dağ Türkiyə ərazisində yerləşsə də, ermənilər onu özününküləşdirib “Ararat” adlandırmağa çalışıblar. Artıq noyabrın 1-dən Ermənistana giriş-çıxış zamanı Ağrı dağı sərhəd möhüründə təsvir olunmur. Bu barədə qərar isə hökumət tərəfindən sentyabrın 11-də qəbul edilmişdi.

Möhürün yeni nümunəsi artıq Nazirlər Kabinetinin qərarı ilə təsbit edilib. Qaydalar 1 noyabr 2025-ci ildən qüvvəyə minib. Möhürdə dağın yerinə erməni və ingilis dillərində “Ermənistan” sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü (hava, dəmiryol və ya avtomobil) qeyd olunur. Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O, qeyd edib ki, Ermənistan təhlükəli mesajlar göndərməməlidir: “Biz istifadə etdiyimiz simvolizm, möhürlərdə yalnız dövlətçilik prinsipindən irəli gələrək Ermənistanla bağlı istənilən anlaşılmazlığın yaranmaması üçün hər şeyi edirik”. Deputat vurğulayıb ki, qonşularla münasibətlərində Almatı Bəyannaməsindən çıxış edirlər: “İstər möhür, istərsə də səsləndirdiyimiz bəyanatlar olsun, hər bir hərəkətimiz təhlükəli ismarış daşımamalıdır”.

Fraksiyanın katibi Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin olmaması barədə bəyanatlardan təəccübləndiyini də bildirərək deyib ki, Türkiyənin rəsmi nümayəndəsi Ermənistana səfər edib, müzakirələr kifayət qədər müsbət atmosferdə keçib. O, bunu deyərkən sentyabrın 12-də Türkiyə təmsilçisi Sərdar Kılıçın başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfərini nəzərdə tutub. Hansı ki, Sərdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti “Marqara” nəzarət-buraxılış məntəqəsindən bu ölkəyə daxil olmuşdu. Əslində, Sərdar Kılıçın səfərindən öncə möhürdən Ağrı dağının təsvirinin yığışdırılması qərarı rəsmi İrəvanın Ankaraya müsbət mesajı kimi dəyərləndirilir.

Baş nazir Nikol Paşinyan da hələ bir neçə il əvvəl bildirmişdi ki, Ağrıdağın Ararat adlandırılması və onun Ermənistanda simvollaşdırılması Türkiyəyə qarşı ərazi iddiasıdır: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”. Erməni tərəfinin bu addımı Azərbaycanla Türkiyəyə sülh və əməkdaşlıq mesajı görüntüsü yaradır. Pasport möhürlərindən Ağrı dağının təsvirinin yığışdırılması Ermənistanın Türkiyəyə ərazi iddiasından imtina yolunda vacib addım kimi dəyərləndirilə bilər. Çünki ideoloqları və havadarları yüz ildən artıqdır erməni cəmiyyətinə bu kimi iddialı xülyaları təbliğ ediblər. Lakin iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas şərtlərdən biri Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkməsi, biri də uydurma “erməni soyqırımı”ndan imtinadır.

Beləliklə, erməni tərəfi anlayır ki, ölkəni inkişaf etdirməyin yeganə yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən keçir. Sülh şəraitində bu əməkdaşlıq olmazsa, Ermənistan dalan dövləti olaraq qalacaq. Ona görə də, Ermənistanın indiki hakimiyyəti reallıqları anlayaraq destruktiv mövqedən uzaqlaşmağa çalışır. Bütün hallarda isə rəsmi İrəvan sülh və əməkdaşlığa maraqlı olmasını praktiki addımlarla təsdiqləməlidir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri