Icma.az
close
up
RU
Agricola Bizimlə: az xərc, bol məhsul, sağlam torpaq adlı tanışlıq və dostluq tədbiri keçirib

Agricola Bizimlə: az xərc, bol məhsul, sağlam torpaq adlı tanışlıq və dostluq tədbiri keçirib

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Agricola" MMC "Bizimlə: az xərc, bol məhsul, sağlam torpaq" adı altında tanışlıq və dostluq tədbiri keçirib.

Qusar rayonundakı "Park Qusar" hotelində baş tutan tədbirdə şirkət rəhbərliyi, əməkdaşları, fermerlər, kənd təsərrüfatı sahəsində işçilər, digər özəl müəssisələrin rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı "Agricola"nın fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, şirkətin əsas fəaliyyət istiqamətini fermerlərin tələbatının ödənilməsi üçün ən müasir gübrə növləri olan torpaq gübrələrinin, maye gübrələrinin və bitki mühafizə vasitələrinin idxalı təşkil edir.

Xaliq Məmmədovun rəhbərlik etdiyi şirkət dünyanın öncül gübrə istehsalçıları olan "Yara Suomi" (Norveç), "Biosen" (Türkiyə), "Biorizon" (İspaniya), "Eurochem" (Rusiya), "King Quenson", "Life Science LTD" və digər şirkətlərin Azərbaycanda distribütoru və nümayəndəsi kimi çıxış edir.

Şirkət Türkiyə, İsrail, Finlandiya, Norveç, Polşa, Çin, Hindistan, Avstriya, İordaniya, İspaniya, Litva, Gürcüstan, Slovakiya və Rusiyadan 213 -ə yaxın çeşid gübrə, toxum və dərmanları təqdim edir.

Əlavə olaraq "Agricola" şirkəti yalnız ənənəvi gübrə və dərmanları deyil, həmçinin "Yara Suomi Oy" şirkətinə məxsus "Vita" seriyasının qabaqcıl gübrələrindən olan "Yara Vita Agriphos", eyni zamanda "Yara"nın "Amplix" seriyasından olan "Yara Amplix Actisil", "Yara Amplix Optimaris", "Yara Amplix Optinue", "Yara Amplix Seedlift", ekoloji təmiz "Rega" seriyasından olan "Yara Rega 15-15-15", "Yara Rega 18-5-18", "Yara Rega 9-0-36", "Yara Rega 13-4-25" gətirməklə müasir texnologiyalara cavab verən gübrələr və dərmanları ölkəyə idxal edir.

Şirkət rəhbərliyi İspaniyanın "Biorizon" şirkətində olan bakteriya vannaları ilə şəxsən tanış olub. Bu vannalar elmin ən son nailiyyətlərindən biridir.

Həmçinin qeyd olunub ki, "King Quenson" adlı dünyanın ən qabaqcıl şirkətləri üçün xammal tədarük edən şirkətdən torpaqlarımızın məhsuldarlığını artırmaq üçün "TerraBoost" adlı məhsul idxal olunur.

Şirkət qısa zamanda yüksəkpotensiallı kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun təşkil edib.

Aqrar sahə üzrə çalışan şirkət Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurub.

"Agricola" ölkəmizdə kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaların tətbiq olunmasına və ekoloji təmiz məhsulların yetişdirilməsi üçün maye və orqanik gübrələrdən istifadə təcrübəsinin öyrənilməsi istiqamətində yerli və xarici aqronomlardan istifadə edərək fermerlərimiz üçün praktiki dəstək göstərir.

Şirkətdə bir sıra xidmətlər mövcuddur:

- Kənd təsərrüfatı müəssisələrinin və fermerlərin istənilən tələbatının ödənilməsi üçün hər növ gübrə, toxum, mikroelement, bitki mühafizəsi vasitələri, biostimulyatorlar pestisid, mal-qara, heyvan yemi və digər kənd təsərrüfatı təyinatlı malların idxalı və satışı.

- İri həcmlərdə suda həll olunan, maye, bio və mineral gübrələrin satışı.

- Hər növ kənd təsərrüfatı işləri üzrə aqrokonsaltinq xidmətləri.

- Kənd təsərrüfatı sahəsində hər növ layihələrin hazırlanması və idarə olunması.

- Aqronom dəstəyi.

- Aqrar sahədə çalışan fermerlərə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan etmək üçün geniş satış şəbəkəsi.

- Özünə biznes qurmaq istəyənlərdə məhsul və reklam materialları ilə təmin edir.

"Agricola"nın 50 dən çox satış məntəqəsi mövcuddur: Bu satış məntəqələri Bakı, Abşeron - Xızı, Quba, Qusar, Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Cəlilabad, Biləsuvar, Masallı, Beyləqan, Ağdam, Bərdə, Yevlax, Qəbələ, İsmayıllı, Şəmkir və Ağcabədidə yerləşir. Şirkətin əsas missiyası bol məhsul, sağlam torpaq, insanların həyatı, sağlamlığı və ətraf mühitin qorunması tələblərinə cavab verən ekoloji təmiz gübrələri fermerlərə təqdim etməkdir.

"Agricola" "Bizimlə: az xərc, bol məhsul, sağlam torpaq" adlı tanışlıq və dostluq tədbiri keçirib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri