Icma.az
close
up
RU
Ağsaqqallar Şurasının sədr müavini: Anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz yetişib AZƏRTAC

Ağsaqqallar Şurasının sədr müavini: Anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz yetişib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

Gəncədə “Azərbaycan cəmiyyətində qadınların rolu və gənclərin tərbiyəsində analar qarşısında duran əsas vəzifələr” mövzusunda tədbir keçirilib.

Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a verilən məlumata görə, tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Dövlət Universitetinin (GDU), Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə Tibb və Regional kolleclərinin birgə təşkilatçılığı ilə keçirilib.

ADAU-da baş tutan konfransda Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə qadınların cəmiyyətdə gündən-günə artan əhəmiyyətli rolundan bəhs edilib. Vurğulanıb ki, Azərbaycan qadını müqəddəs analıq missiyasını yerinə yetirməklə yanaşı, nüfuzlu ictimai-siyasi xadim, uğurlu iş adamı, yüksəkixtisaslı peşəkar mütəxəssis kimi də bir çox sahələrdə öz sözünü deyir. Vurğulanıb ki, boşanmaların, erkən nikahların, məişət zorakılığının, narkomaniyanın və digər zərərli vərdişlərin qarşısının alınmasında qadınlar daha yaxından iştirak etməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirib ki, məhz anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz, xüsusilə də torpaqlarımızı erməni işğalından azad edərək bizə böyük Zəfər sevincini yaşadan unudulmaz şəhid və qazilərimiz, qəhrəman övladlarımız yetişib.

“Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik mənbəyidir, ismət, qeyrət, qüdrət rəmzidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz” Ulu Öndər Heydər Əliyevin bu qiymətli fikirlərini xatırladan sədr müavini Ümummilli Liderimizin qadınlara daim yüksək dəyər verdiyini vurğulayıb. Həmçinin bildirib ki, Prezidentimiz İlham Əliyev də cəmiyyətin əsas dayaqlarından biri olan Azərbaycan qadınının fəaliyyətini daim yüksək qiymətləndirir və onlara dəstək olur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün beynəlxalq aləmdə respublikamızı ləyaqətlə təmsil edir, Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirir”, – deyə Bayram Yusifov qeyd edib.

Cəmiyyətimizdə mövcud olan problemlərə də toxunan natiq Azərbaycan Ağsaqqallar Şurasının sıralarında görkəmli, nüfuzlu, ziyalı qadınlarımızın, fədakar analarımızın təmsil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, hər birimiz övladlarımızı dünyanın ən böyük bəlası olan narkomaniya və digər zərərli vərdişlərdən qorumalı, erkən nikahların və boşanmaların sayının azalmasında rol oynamalıyıq.

Tədbirdə, həmçinin, “Müasir cəmiyyətin sağlamlığının qorunmasında ailənin məqsədyönlü fəaliyyəti” və “Erkən nikahlar, hüquqi aspektlər praktik problemlər” mövzularında müzakirələr aparılıb. Konfransın sonunda Gəncə Şəhər Ağsaqqallar Şurası adından səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup qadına təşəkkürnamələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see237

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see203

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see167

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see167

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see126

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri