Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Aqil Bağırovun doğum günündə xatirəsi anılıb
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
01 may 2025-ci il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi Bağırov Aqil Fazil oğlunun doğum günü münasibətilə Muğanlı kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ərazi Partiya Təşkilatlarının fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















