Tbilisi Şəhər Məhkəməsi sabiq DTX rəisini həbs cəzasına məhkum edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 24 dekabr, AZƏRTAC
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvilini qətimkan tədbiri olaraq həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, qərar dekabrın 24-də axşam saatlarında elan edilib.
İş üzrə məhkəməyəqədərki iclas 16 fevral saat 12:00-a təyin edilib.
Məhkəmə iclası ittiham tərəfinin vəsatəti ilə qapalı keçirilib. Təqsirləndirilən şəxs Qriqol Liluaşvili məhkəmədə iştirak etməyib.
Məlumat üçün bildirək ki, prokurorluğa dindirilmək üçün gələn Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili dekabrın 23-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutan maddələri ilə təqsirli bilinir. Günahı sübuta yetirilərsə, sabiq DTX rəisini 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 24 Dekabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















