Icma.az
close
up
RU
Ağstafada “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib

Ağstafada “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

12 dekabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa RİH başçısı Seymur Orucov, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında davam etdirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev ömrünü Vətənin rifahına fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Ulu Öndərin bizə qoyduğu güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və  bu ərazilərdə yeni həyatın başlanması idi. Bu gün reallaşan bu arzularla suveren ölkəmiz dünyada zəfərlərdən-zəfərlərə doğru ucalır.

Daha sonra çıxış edən natiqlər - YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin direktoru Vüsal Həsənov, Qırılı kənd tam orta məktəbin müəllimi Gözəl Rzayeva və Bakı Dövlət Universitetinin professoru Valeh Nəsibov bildiriblər ki, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolu, xalq və Vətən qarşısındakı misilisiz xidmətlərindən söz açıblar. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev tarix yaradan şəxsiyyət idi. Onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın müstəqilliyi dönməz və əbədi xarakter almışdır.

Sonda Ağstafa şəhər 1 saylı tam orta məktəbin şagirdləri - Faiq Vəlizadə, Gülər Həsənli, İlkin Hüseynli və Aytac Məmmədovanın təqdimatında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ədəbi–bədii kompozisiya nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri