Icma.az
close
up
RU
Ağstafada “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib

Ağstafada “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

12 dekabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş“12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa RİH başçısı Seymur Orucov, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında davam etdirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev ömrünü Vətənin rifahına fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Ulu Öndərin bizə qoyduğu güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması idi. Bu gün reallaşan bu arzularla suveren ölkəmiz dünyada zəfərlərdən-zəfərlərə doğru ucalır.

Daha sonra çıxış edən natiqlər - YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin direktoru Vüsal Həsənov, Qırılı kənd tam orta məktəbin müəllimi Gözəl Rzayeva və Bakı Dövlət Universitetinin professoru Valeh Nəsibov bildiriblər ki, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolu, xalq və Vətən qarşısındakı misilisiz xidmətlərindən söz açıblar. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev tarix yaradan şəxsiyyət idi. Onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın müstəqilliyi dönməz və əbədi xarakter almışdır.

Sonda Ağstafa şəhər 1 saylı tam orta məktəbin şagirdləri - Faiq Vəlizadə, Gülər Həsənli, İlkin Hüseynli və Aytac Məmmədovanın təqdimatında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ədəbi–bədii kompozisiya nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri