Ağstafada futbol festivalı
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağstafa şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
Futbolpress.az xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub.
Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağstafa UGİŞM-in direktoru Elşən Yusifov təqdim ediblər.
UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şəki şəhərində keçiriləcək.
Baxış sayı:174
Bu xəbər 11 May 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















