Icma.az
close
up
RU
Ağstafada mini futbol yarışı başa çatıb

Ağstafada mini futbol yarışı başa çatıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar təşkil olunan mini futbol üzrə Ağstafa Rayon Çempionatı başa çatıb.

Çemionatın final görüşü Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş Həsənsu kənd tam orta məktəbin açıq idman meydançasında təşkil olunub.

Çempionatda 1-ci yeri Qırılı, 2-ci yeri Poylu, 3-cü yeri Göycəli komandaları tutublar.

Daha sonra I, II, III yerləri tutmuş komandaların üzvləri ilə mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul işçiləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti bu gün Prezident İlham Əliyevin diqqəti nəticəsində uğurla davam etdirilir, ölkəmizdə idmana diqqət ildən-ilə daha da artır. Belə idman sahələrindən biri də futboldur. Futbolçularımızın peşəkarlığının artırılmasına göstərilən davamlı qayğı, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni stadion və idman bazalarının yaradılması ölkədə bu sahənin inkişafına böyük təkan vermişdir. Çıxışçılar qalibləri təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.

Sonra yarışın qalibləri diplom, medal və kubokla təltif olunublar.

Çempionatın iştirakçıları da göstərilən diqqət və təşəbbüsə görə öz minnətdarlıqlarını bildiriblər. Sonda isə xatirə şəkli çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri