Ağstafada yanğın: Xəsarət alan var KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağstafada fərdi yaşayış evində yanğın baş verib.
KONKRET.az axar.az-a istinadən bildirir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub.
Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Baxış sayı:102
Bu xəbər 05 Dekabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















