Icma.az
close
up
RU
Ağsu rayonunda 8 Noyabr Zəfər günü silsilə tədbirlərlə qeyd olunub

Ağsu rayonunda 8 Noyabr Zəfər günü silsilə tədbirlərlə qeyd olunub

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağsu rayonunda 8 Noyabr - Zəfər günü silsilə tədbirlərlə qeyd olunub. Əvvəlcə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, iştirakçıları, gənclər, ictimayyət nümayəndələri Qəhramanlar Kompleksinə gəlib, əklil və gül dəstələri qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.

RİH başçısı Rövşən Bağırov şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları qarşısında çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər gününü təntənə ilə qeyd edir.

Sonra tədbir iştirakçıları Heydər Parkına gələrək Zəfər gününə həsr olunmuş sərgini, özfəaliyyət kollektivləri və idmançıların nümunəvi çıxışlarını izləyiblər. Gənc idmançıların nümunəvi çıxışlarına, eləcə də rəsm həvəskarlarının tarixi Qələbəmizin sevincini və ağır döyüş səhnələrini əks etdirən, rəngli boya ilə çəkilən rəsm sərgisinə tamaşa ediblər. Məşğul olduqları sahələr üzrə əldə etdikləri nəaliyyətlərə görə bir qrup idmançı və yaradıcı gənclərə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Tədbirlər Mədəniyyət evində rəsmi yığıncaq və Ağsu rayon Mədəniyyət Mərkəzinin yerli musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış rəngarəng konsert proqramı ilə davam etdirilib.

Sonda Zəfər günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Noyabr 2024 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri