Icma.az
close
up
RU
Ağsuda 14 İyul Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün və Tərəqqi yolunun başlanğıcı adlı tədbirlər keçirildi FOTO

Ağsuda 14 İyul Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün və Tərəqqi yolunun başlanğıcı adlı tədbirlər keçirildi FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Konstitusiya və Suverenlik ili  çərçivəsində YAP Ağsu rayon təşkilatının “Bələdiyyə işçiləri”, “Şəhər”, “Şəhər Mərkəzi”, “Elektrik şəbəkə” və “Kəndoba” ərazi partiya təşkilatlarında 14 iyul Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə əlaqədar “14 İyul Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün və Tərəqqi yolunun başlanğıcı” adlı tədbirlər keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirlərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şirin canlarından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev 14 İyul 1969-cu il tarixinin ölkəmizin həyatına qızıl hərflərlə yazıldığını və həmin tarixin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Vurğulayıb ki, məhz Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə ölkəmizin intibah dövrü başladı. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Qeyd edib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan möhkəm təməl üzərində Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yarada bildi. Məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad edildiyi gün yetişdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Üçrəngli bayrağımız yenidən doğma Qarabağda, iftixar mənbəyimiz olan Şuşada dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi.

Daha sonra çıxış edənlər vurğulayıblar ki, ulu öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab  İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Redaktor.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri