Icma.az
close
up
RU
Ah, vəfalı sərçələr!..

Ah, vəfalı sərçələr!..

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu xeyir-bərəkət quşlarına kimlər və nələr qənim kəsiliblər?

Azərbaycanda sərçələrin 3 növü yayılıb: dam, Qaradöş və çöl sərçəsi. Onlar yalnız zahirən deyil, həm də bioloji cəhətdən də fərqlənirlər. Hər 3 növ tipik sinantroplardır, insanla eyni yaşayış məkanını paylaşmaqla yanaşı, onun təsərrüfat fəaliyyəti nəticəsində dəyişən həyat mühitinə də tez uyğunlaşa bilirlər. Çöl sərçəsi qida axtarışında uzun məsafələrə uça bilir. Onlara daha çox kənd yerlərində, müxtəlif əkin sahələrində rast gəlinir.

Sərçələr yuvada olan balalarını həşəratlarla qidalandırır. Yuvanı tərk etmiş balalar isə yabanı bitkilərin toxumları və bəzən cücülərlə bəslənir. Qışda onlar, əsasən, insanların qida qalıqlarına keçir. Ümumi oxşarlığa baxmayaraq, sərçələrin qidalanmasında bəzi fərqlər də var. Dam sərçəsi çöl sərçəsinə nisbətən daha böyük toxumlara, daha böyük onurğasızlara üstünlük verir. O daha sürətli uçan həşəratları tutur. Çöl sərçəsi isə adətən daha az hərəkətli onurğasızları yeyir. İki növ sərçənin üstünlük verdiyi qidalardakı fərqlər morfoloji xüsusiyyətləri ilə bağlıdır. Dam sərçəsinin daha güclü, yoğun, qısa və ucu iti dimdiyi var. Bu da ona nisbətən böyük və sərt qidaları yeməyə imkan verir. Sərçələrin sayında azalma XX əsrin sonlarından başlayıb. Əvvəlcə azalma Avropa ölkələrində müşahidə olunub. Azərbaycanda sərçələrin sayının azalması isə XXI əsrin əvvəllərindən başlayıb. Alimlər sərçələrin sayının azalmasını bir sıra amillərlə izah edirlər. Birinci amil yaşıllıqların, bağların və çöllərin ərazisinin azalması ilə bağlıdır. Bu, qida ehtiyatının tükənməsinə, xüsusən də həşəratların və hörümçəklərin azalmasına səbəb olur.

Bundan başqa, şəhərlərdə meydanların və parkların abadlaşdırılması, süni qazonların salınması, asfalt örtüyü ilə örtülmüş ərazinin artırılması da təsirsiz ötüşmür. Eyni zamanda, otların daimi biçilməsi onun bioloji müxtəlifliyinin məhv edilməsinə, həşəratların sayının azalmasına, toxumların qıtlığına, yəni sərçələrin qida ehtiyatının məhvinə səbəb olur. Nəticədə, sərçələrin sayı nəzərəçarpacaq dərəcədə azalır.

Bütün bunlar barədə ornitoloq Rafiq Hüseynov XQ-yə bildirdi:

– Sərçələr təbii qidadan – həşərat və tırtıllardan məhrum olub. Yəqin ki, uşaqlığımızın çobanyastığı və zəncirotu olan çəmənliklərini xatırlayırsınız? Həmin çəmənliklərdə çəyirtkələr tullanır, böcəklər və qarışqalar harasa tələsir, kəpənəklər və arılar uçurdu. Yazda və yayda böyük sərçə sürüləri şəhər parklarının, yaşıllıqlarının hündür otları arasında həşəratları axtarıb tapir, onları qida kimi qəbul edirdilər. Həm də öz balaları üçün həşərat toplayırdılar.

Onlar kol-kosda məskunlaşırdılar.

Qeyd edim ki, sərçələr təhlükə zamanı kolların arasında gizlənməyi xoşlayırlar. Lakin son onilliklərdə kolların və ağacların budaqları müntəzəm olaraq kəsilir, torpaqdan çıxarılaraq atılır. Bu, quşları sığınacaqdan məhrum edir. Onların yerinə isə tropik bitkilər əkilir. Sərçələr tropik bitkilərdə yuva qura, həmin bitkilərin meyvəsindən və toxumundan da yem kimi istifadə edə bilmirlər. Nəticədə təbii otlaq, yerli kol və ağac sahələrinin azalması yem qıtlığı (giləmeyvələr) yaradır. Bu da öz növbəsində quşların sayına mənfi təsir göstərir.

Digər tərəfdən, yeni parklar salınarkən yerli çiçək və ot bitkilərin növlərindən deyil, toxum verməyən süni şəkildə yetişdirilmiş ot növünün rulonlarından istifadə edilir. Tez-tez biçildiyindən bu sahələrdə sərçələr üçün qida ehtiyatı yox olur. Üstəlik də bu ərazilərdə toxumlar da olmur.

R. Hüseynov daha sonra bildirdi ki, sərçələr üçün qida qıtlığına səbəb olan amillərdən biri də açıq zibilliklərin azalmasıdır.

– Bakı əvvəlki illərlə müqayisədə daha təmiz şəhər olub. Bu gün zibil qabları qapaqlarla örtülü olur və tulantılar vaxtında şəhərdən kənara daşınır, çeşidlənir. Amma hər şeyin üst-üstə yığılıb “xoş qoxu” verdiyi, sərçələrin qidalandığı açıq zibil qutularının yoxa çıxması, onlara ciddi zərbə vurur. Bu səbəbdən quşların zibillikdən çörək, meyvələr və tərəvəzlərlə qidalanması çətinləşir. Bundan başqa, pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib. Son vaxtlar şəhərdə ağcaqanadlar da azalıb. Bu da sərçələrin qida tapmasında problem yaradıb.

Ornitoloq qeyd etdi ki, uşaqlıq illəri kənddə keçib:

– Sovet dövründə kəndlərdə kolxoz və sovxozlar fəaliyyət göstərirdi. Onların da xırmanları vardı. Sahələrdən gətirilən taxıl xırmanlarda təmizlənir və qurudulurdu. Taxılın saxlandığı yerlərin üstü örtülü olsa da, açıq sahələri də vardı. Bu səbəbdən də xırmanlarda sərçələr çox idi. Amma indi nə kolxoz, sovxozlar, nə də onların xırmanları var. Yem olmadığı üçün sərçələr kəndlərdə də azalıb.

Sərçələrin azalmasının mühüm səbəblərindən bir də onların yuva qurması üçün əlverişli yerlərin azalmasıdır. Bu quşlar, əsasən, evlərin damında, çatlarında yuva qururlar. Artıq bu şəraitdən məhrum olublar. Buna binaların dam örtüklərinin dəyişdirilməsi və onlara üzlüklərin çəkilməsinin səbəb olduğunu söyləyən alim dedi:

– Urbanizasiya şəhərlərdə sərçə populyasiyalarının azalmasına səbəb olur. Çünki quşların yaşaması üçün yerlər azalır. Bildiyiniz kimi, sərçələr yaşayış üçün yarıqlar, boşluqlar seçirlər. Monolit texnologiyalar ilə tikilmiş müasir çoxmərtəbəli binalar praktiki olaraq belə sığınacaqlardan məhrumdur. Əvvəllər quşlar evlərin damları altında gizlənirdilər – indi onlar da yoxdur. Ümumiyyətlə, müasir şəhərin şəraiti belə kiçik quşların yaşaması üçün uyğun deyil.

Problemlər yalnız çoxmərtəbəli binalarla məhdudlaşmır. Sərçələrin azalmasına Bakının səs-küyü, havanın çirklənməsi, hətta mobil telefon qüllələrinin sayı da təsir göstərir. Son vaxtlar mobil rabitənin inkişafı ilə bağlı belə qüllələrin sayı sürətlə artır. Telefon qüllələrindən elektromaqnit şüalanmasının artmasının quşların naviqasiya qabiliyyətlərinə mane olduğu bildirilir. Başqa versiyalar da var – məsələn, sərçələrin şəhər zərərvericilərinə qarşı mübarizədə istifadə olunan zərərli maddələrlə məhv edilməsi”.

Ornitoloq quş malyariyasının fəal yayıldığını da söylədi:

– Bu amilin nə dərəcədə həlledici olduğunu demək hələ çətindir. Amma kənd təsərrüfatında pestisidlərdən istifadə və iqlim dəyişikliyinin təsirini inkar etmək mümkün deyil. Yekunda onu da bildirim ki, Bakı da daxil olmaqla şəhərlərdə qarğaların və pişiklərin sayı artıb. Boz qarğanın və pişiklərin bu quşların yumurtalarını, ətcə balalarını məhv etməsi öz təsirini göstərir.

Müsahibimizin açıqlamasına əlavə olaraq deyək ki, Bakıda sərçələrin azalmasına səbəb kolların seyrəlməsi, süni çəmənliklərin çoxalması, şəhərdə ala qarğanın artması, son illərdə binaların dam örtüklərinin dəyişdirilməsi və paytaxtda dezinfeksiya işlərinin davamlı şəkildə aparılmasıdır.

Bəs sərçələrin azalması nə dərəcədə təhlükəlidir? Bunun üçün Çini xatırlatmaq kifayətdir. 1958-ci ildə Çin lideri Mao Tzedun bütün sərçələri məhv etməyi əmr edib. Səbəb bu idi ki, onlar həddən artıq çox dən yeyirdilər. Ölkə liderinin fikrincə, sərçələr Çin Xalq Respublikasının iqtisadi inkişafının qarşısını alırlar. Quşları məhv etmək üçün insanlar səfərbər edildilər. Onlar bayraqları yelləyərək quşları qorxudurdular ki, yerə oturmasınlar və gücləri tükənib ölsünlər. Məlumdur ki, sərçələr havada 15 dəqiqədən çox qala bilmirlər.

Bundan başqa, onların yuvalarını viran edir, uçan sərçələrə atəş açırdılar. Nəticədə, Çində bu quşların sayı olduqca azaldı. Bəzi regionlarda isə sərçələr tamamilə yox oldular. Kampaniya müddətində 1,96 milyard sərçə məhv edildi. Nəticədə çəyirtkə və tırtılların sayı artdı. Çəyirtkələr sahələrə hücum edərək qarşılarında nə varsa yeməyə başladılar. Kəndlərin əksəriyyətində taxıl məhsulu tamamilə yeyilmişdi və kütləvi aclıq başlandı. Müxtəlif qiymətləndirilmələrə görə, 40–45 milyona qədər insan iqtisadi təsərrüfatsızlığın, ekoloji qəzaların doğurduğu aclıq nəticəsində həlak oldu. Sonradan Mao Tzedun bu kampaniyanın səhv qərar olduğunu etiraf etdi və təbliğata son verilməsini əmr etdi. Sərçələrin bərpa edilməsi üçün Kanada və SSRİ-dən bu növ quşların idxalı başlandı.

Sərçələrin əvvəlki səviyyədə olmasa da sayını artırmağın yolları varmı? Bunun üçün problemə kompleks şəkildə yanaşmaq lazımdır. Sərçələri yuva yerləri ilə, məsələn, yuva qutuları, qida ehtiyatı ilə təmin etmək lazımdır. Eyni zamanda, böyük qazon sahələrində qarışıq otlardan istifadə olunmalı və onlar vaxtından tez biçilməməlidir. Bu həm çoxalma dövründə, həm də qışda sərçələri qida ilə təmin edəcək. Bu barədə R.Hüseynov deyir: “Soyuq dövrlərdə quşların toxum, taxıl və ya meyvə ilə qidalandırıcılara çıxışını, həmçinin təmiz su ilə təmin etmək xüsusilə vacibdir. Şəhər landşaftında müxtəlif ağaclar, kollar və çiçəklər əkməklə əlavə qida mənbələri də yaradıla bilər. Təbii ki, havanın çirklənməsini azaltmaq üçün tədbirlər də görülməlidir. Bu, təkcə sərçələrə deyil, digər quşlara da kömək edər. Həm də təbiətə şüurlu münasibəti təbliğ etmək: maarifləndirici proqramlar, məqalələr və mühazirələr vasitəsilə sərçələrin əhəmiyyəti və qorunması haqqında məlumat yaymaq vacibdir”.

Hazırladı:
PÜNHAN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri