“Ahbap”la bağlı 7 nəfər saxlanıldı Biri məşhur iş adamıdır
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə “Ahbap” dərnəyinə qarşı aparılan istintaq çərçivəsində ifadəsi alınan 7 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi tələb olunub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən şəxslərin arasında tanınmış iş adamı Hüseyn Başaran da var.
Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun yoxlamaları 4 əsas istiqamətdə aparılır. Belə ki, böyük məbləğdə ianə ayrılmasına baxmayaraq, tikintisi tamamlanmayan mənzillərlə bağlı şirkət rəhbərləri və dərnəyin satınalma müdiri Deniz Ş. məsuliyyətə cəlb olunub.
Həmçinin qanunsuz əmlak dövrləri və şübhəli çeklərin nağdlaşdırılması ilə bağlı Hüseyn Başaran daxil olmaqla bir neçə şəxs istintaqa cəlb edilib.
Bundan əlavə, dərnəyin sədri və müğənni Haluk Levent ilə şübhəli maliyyə münasibətləri olan şəxslər də araşdırılır.
Qeyd olunub ki, saxlanılan 13 nəfərdən ifadəsi tamamlanan 7 şübhəlinin həbs edilməsi üçün məhkəməyə müraciət olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 30 İyul 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















