AHF rəsmisi: “Məqsədimiz beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Beynəlxalq Həndbol Federasiyasının (IHF) rəhbərliyi üzv federasiyaların nümayəndələri və beynəlxalq komissiyaların təmsilçiləri ilə görüşlər keçirərək inkişaf proqramları, texniki əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov IHF-in 40-cı Konqresində iştirakın Azərbaycan həndbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Bu platforma vasitəsilə ölkəmizin həndbol sahəsində prioritetlərini beynəlxalq tərəfdaşlara çatdırır, yeni əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz Azərbaycan həndbolunun inkişafını sürətləndirmək və beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir. İnanıram ki, Azərbaycan Həndbol Federasiyası beynəlxalq həndbol ailəsində fəal iştirakını davam etdirərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 23 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















