Icma.az
close
up
RU
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.

AHİK-in "Abşeron" sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, "Dəmir yumruq" əməliyyatında qəhrəman ordumuz ölkə başçısının rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.

Hazırda Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən də danışan konfederasiya sədri bütün bunları Azərbaycan yalnız öz maddi imkanları hesabına həyata keçirdiyini deyib. O həmçinin birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri, o cümlədən dini irsimizin, mədəniyyət abidələrimizin bərpası istiqamətində atılan addımları qeyd edib və əlavə edib ki, bu, Birinci vitse-prezidentin Vətənə olan sonsuz sevgisinin təzahürüdür.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in baş mütəxəssisi Aqşin Əliyev bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkisində səsini cənab Ali Baş Komandana verən xalq seçimində yanılmayacağını bilirdi, müasir və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri məhz layiqli varisinin yerinə yetirəcəyinə əmin idi. Vurğulayıb ki, dövlətimizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində gündən-günə güclənən Azərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsil qəhrəmanlıq dastanı yazdılar. 2023-cü ildə isə Ağdərə, Xocalı, Xankəndidə bayrağımızın ucaldılması Qarabağ salnaməsinin zirvə nöqtəsi oldu.

Sonra çıxış edən AHİK-in şöbə müdirinin müavini, Vətən müharibəsinin iştirakçısı, zabit Ruslan Bağırov qeyd edib ki, Azərbaycan möhtəşəm Zəfəri ilə təkcə döyüş meydanında deyil, həm də beynəlxalq diplomatiyada da öz sözünü deməyi bacardı. Bildirib ki, dövlətimizin başçısı məşhur telekanallara, xəbər agentliklərinə verdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu.

Çıxışlardan sonra Bakı Media Mərkəzinin hazırladığı "Zəfər Meydanı" filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Gülüstan Əliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım-Nicat və Azərbaycan Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası, professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see354

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see337

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see333

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see266

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see265

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see248

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see247

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see241

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see236

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see234

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see231

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see230

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see229

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see218

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see201

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see191

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see173

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see172

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri