Icma.az
close
up
RU
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib Xəbər saytı Son xəbərlər və Hadisələr

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.

AHİK-in "Abşeron" sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, "Dəmir yumruq" əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı.

Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.

Hazırda Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən də danışan Konfederasiya sədri bütün bunları Azərbaycan yalnız öz maddi imkanları hesabına həyata keçirdiyini deyib. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri, o cümlədən dini irsimizin, mədəniyyət abidələrimizin bərpası istiqamətində atılan addımları qeyd edib və əlavə edib ki, bu nəcib missiya Mehriban xanım Əliyevanın Vətənə olan sonsuz sevgisinin təzahürüdür.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in baş mütəxəssisi Aqşin Əliyev bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkilərində səsini cənab İlham Əliyevə verən xalq seçimində yanılmayacağını bilirdi, müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri məhz layiqli varisinin yerinə yetirəcəyinə əmin idi.

Vurğulayıb ki, dövlətimizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində gündən-günə güclənən Azərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsil qəhrəmanlıq dastanı yazdılar. 2023-cü ildə isə Ağdərə, Xocalı, Xankəndidə bayrağımızın ucaldılması Qarabağ salnaməsinin zirvə nöqtəsi oldu.

Sonra çıxış edən AHİK-in şöbə müdirinin müavini, Vətən müharibəsinin iştirakçısı, zabit Ruslan Bağırov qeyd edib ki, Azərbaycan möhtəşəm Zəfəri ilə təkcə döyüş meydanında deyil, həm də beynəlxalq diplomatiyada da öz sözünü deməyi bacardı. Bildirib ki, dövlətimizin başçısı məşhur telekanallara, xəbər agentliklərinə verdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu.

Çıxışlardan sonra Bakı Media Mərkəzinin hazırladığı "Zəfər Meydanı" filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Gülüstan Əliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım-Nicat və Azərbaycan Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası, professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri