Icma.az
close
up
RU
AHİKdə Özbəkistan HİF nümayəndələri ilə görüş oldu FOTOLAR

AHİKdə Özbəkistan HİF nümayəndələri ilə görüş oldu FOTOLAR

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ( AHİK) Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının (HİF) nümayəndələri ilə görüş keçirilib.

Globalinfo.az bildirir ki, görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu diqqətə çatdıran Konfederasiya sədri Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunmasını Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Konfederasiya sədri Sahib Məmmədov üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər və tətbiq olunan yeniliklər, həmçinin sanatoriya-kurort müəssisələri, onların iş prinsipi, göstərilən xidmətlər barədə Özbəkistan nümayəndələrinə məlumat verib.

Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında əlaqələr davamlı olaraq genişlənir. Ötən ilin sentyabrında imzalanan əməkdaşlıq haqqında Memorandum iki qardaş ölkənin sahə həmkarlar ittifaqları arasında münasibətlərin qurulmasına və inkişafına təkan verib. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları üzvlərinin müalicə və istirahətinin təşkilinə dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyası yanında Sanatoriya-kurort idarəsinin rəisi Anvar Ahmedov ölkələrimizin və iki qardaş xalqın münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla bəhs edib.

Anvar Ahmedov həmçinin rəhbərlik etdiyi sahənin fəaliyyətindən, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb, azərbaycanlı həmkarları ilə apardıqları təcrübə mübadiləsinin gələcək fəaliyyət üçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə həmçinin əlaqələrin inkişafına dair təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri Naftalan şəhərində də olub, icra hakimiyyətində görüş keçirib, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şəhər ərazisində yerləşən sanatoriya və obyektləri ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri