Aİ ABŞın Kiyevə köməkdən imtina etməsi təqdirdə strategiya açıqlayıb
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
ABŞ Ukraynaya yardımı kəsərsə, Avropa İttifaqı Kiyevə dəstəyi davam etdirməli olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzetinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"Əgər ABŞ yardımı kəssə, o zaman biz Ukraynanı dəstəkləməyə davam etməli olacağıq, çünki mən Rusiyanın qalib gələcəyi təqdirdə nə baş verəcəyindən narahatam", - o vurğulayıb.
Kallasın sözlərinə görə, Aİ-nin Kiyevə yardımı “öz təhlükəsizliyimizə” və qlobal təhlükəsizliyə “sərmayə”dir.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri bəyan edib ki, Ukraynaya maliyyə dəstəyi “xeyriyyə deyil”, bu, Avropa və ABŞ-ın strateji maraqlarına cavab verir.
Kallas daha əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa demişdi ki, Çinə təsir etmək üçün Rusiya ilə münasibətlərdə “güclü” olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















