Səfir Birol Akgün: Xalqlarımız arasındakı əlaqələri daha da gücləndirmək borcumuzdur
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
"Türkiyə və Azərbaycan hər zaman bir-birinin haqlarını və həqiqətlərini müdafiə edib".
Sherg.az xəbər verir ki, bu sözləri 15 iyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
"Eyni coğrafiyanı paylaşan türk xalqı olaraq biz həmişə bir-birimizin dəyərini bilmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı diqqət və dəstəyi sayəsində aramızda çox yaxın əməkdaşlıq mövcuddur. Biz bunu xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin prosesi addım-addım izləməsində açıq şəkildə gördük. 15 İyul gecəsində də türk xalqının nümayiş etdirdiyi dirəniş ruhunun eyni şəkildə Azərbaycanlı türk qardaşlarımız tərəfindən də yaşandığını müşahidə etdik.
Türkiyədə baş verən zəlzələ zamanı isə bizə ən çox yardım edənlər azərbaycanlı qardaşlarımız oldu. Xalqlarımız arasındakı əlaqələri daha da gücləndirmək bizim borcumuzdur", - deyə B.Akgün əlavə edib.
Baxış sayı:46
Bu xəbər 03 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















