Icma.az
close
up
RU
Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib

Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xankəndi şəhərində keçirilən Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü AUC2026 çərçivəsində panel sessiyalarla davam edib.

Forum çərçivəsində təşkil olunan panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Tədbirin ikinci günündə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda gənclər siyasəti ardıcıl şəkildə həyata keçirilir və gənclərə hərtərəfli dəstək göstərilir. O, Qarabağ Universitetində, eləcə də azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin mütəmadi təşkil olunduğunu qeyd edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov istər elm, istərsə də tibb sahəsində inkişaf üçün gənclərin rolunun vacibliyini vurğulayıb və Azərbaycan gənclərinin inkişafa açıq olduğunu bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov isə gənclərin şəhərsalma proseslərində fəal iştirakının vacibliyini qeyd edərək, bu istiqamətdə müxtəlif sərgi və müsabiqələrin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Forum ərəfəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində müxtəlif tematik tədbirlərin təşkili davam etdirilir.

Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://apasport.az
archiveBu xəbər 03 Fevral 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri