Icma.az
close
up
RU
Aİ Trampı razı salmaq üçün plan qurdu: Apple və Meta cərimələnəcək

Aİ Trampı razı salmaq üçün plan qurdu: Apple və Meta cərimələnəcək

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampla münasibətləri gərginləşdirməmək üçün Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində Apple və Meta şirkətlərinə daha kiçik məbləğdə cərimələr tətbiq etməyi qərara alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumatlı mənbələrin sözlərinə görə, Apple böyük ehtimalla cərimələnəcək və App Store qaydalarını dəyişdirməyə məcbur ediləcək. Söhbət proqram tərtibatçılarının istifadəçiləri platformadan kənar təkliflərə yönləndirməsinə qoyulan məhdudiyyətlərdən gedir.

Tənzimləyicilər həmçinin Apple-ın veb-brauzer seçim ekranının dizaynına dair başqa bir araşdırmanı da yekunlaşdıracaq, lakin bu dəfə əlavə sanksiyalar tətbiq edilməyəcək.

Meta da cərimələnəcək və şirkətin "ya razılaş, ya da ödə" modelini dəyişdirməsi tələb olunacaq. Hazırda bu sistem istifadəçiləri ya onların məlumatlarının izlənməsinə razılıq verməyə, ya da abunə haqqı ödəyərək məhsullardan reklamsız istifadə etməyə məcbur edir.

DMA-ya əsasən, texnologiya nəhəngləri ümumi qlobal dövriyyələrinin 10%-i həcmində cərimələnə bilərlər ki, bu da Apple və Meta üçün milyardlarla dollar demək olardı.

Lakin üç rəsmi şəxsin sözlərinə görə, Avropa Komissiyası daha kiçik cərimələr tətbiq etməyi planlaşdırır. Bunun səbəbi DMA-nın hələ yeni qüvvəyə minməsi və qəbul edilən qərarların məhkəmədə mübahisələndirilə biləcəyidir.

Bu tədbirlər Brüsselin DMA-nın icrasını təmin etmək cəhdlərinin bir hissəsidir. Qanunun əsas məqsədi texnologiya nəhənglərinin rəqəmsal iqtisadiyyatda dominantlığını məhdudlaşdırmaqdır. Bununla belə, Aİ Vaşinqtonla açıq qarşıdurmadan çəkinməyə çalışır.

Rəsmilərin bildirdiyinə görə, dekabrda fəaliyyətə başlayan yeni Avropa Komissiyası iri texnologiya şirkətlərinin qanunvericiliyə əməl etməsinə daha çox diqqət yetirir və milyardlarla avroluq cərimələr tətbiq etməyi prioritet hesab etmir.

Aİ tənzimləyiciləri həmçinin Apple-ın istifadəçilərə brauzer və axtarış sistemini dəyişməyə mane olduğu iddiası ilə bağlı araşdırmanı da bağlamağı planlaşdırır. Bu qərar, şirkətin Avropa qaydalarına uyğun bir sıra dəyişikliklər etməsindən sonra verilib.

Bununla belə, ABŞ texnologiya şirkətlərinə qarşı istənilən cərimə mənfi reaksiya doğura bilər. Donald Tramp daha əvvəl bu cür tədbirləri "vergi qoymaq forması" adlandırıb və IT şirkətlərinə qarşı sanksiyaları "beynəlxalq reketçilik"lə müqayisə edib.

"Bu, Avropa Komissiyası üçün həlledici sınaqdır. Amerika texnologiya şirkətlərinə təzyiqlərin artırılması transatlantik gərginliyi yüksəldə və ABŞ-ın cavab tədbirlərinə səbəb ola bilər. Bu isə Aİ üzvlərinə və Avropa biznesinə zərər verəcək", deyə cərimələrdən təsirlənəcək şirkətlərdən birinin nümayəndəsi bildirib.

ABŞ Prezidenti artıq xəbərdarlıq edib ki, amerikalı şirkətlərə rəqəmsal vergi tətbiq edən ölkələrə qarşı gömrük rüsumları tətbiq edə bilər.

Keçən ay yayılmış memorandumda Tramp bildirib ki, o, xaricdə ABŞ korporasiyalarının böyüməsinə mane olan vergiləri, tənzimləmələri və siyasətləri nəzərdən keçirəcək.

Rəsmi elan edilməzdən əvvəl dəyişikliklər edilə biləcək yekun qərarlar cümə günü Aİ nümayəndələrinə təqdim olunacaq.

Xatırladaq ki, Avropa İttifaqı ABŞ-ın avtomobil və avtomobil ehtiyat hissələrinin idxalına 25%-lik rüsum tətbiq etməsinə cavab olaraq, bütün üzv ölkələrin maraqlarını qorumaq üçün adekvat tədbirlər görməyi planlaşdırır.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri