Icma.az
close
up
RU
Aİ Azərbaycana münasibətdə qərəzli mövqelər nümayiş etdirir ŞƏRH EDİLDİ

Aİ Azərbaycana münasibətdə qərəzli mövqelər nümayiş etdirir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin aprel ayının 5-də Ermənistanın Baş naziri, Yeni Avropa Şurasının prezidenti və ABŞ-nin həmin dövrdə olan dövlət katibi Blinken arasında Brüsseldə görüş baş tutdu. Bu görüşdən bildirilirdi ki, görüşün keçirilməsinin məqsədi Ermənistan əlavə təhlükəsizlik təminatının verilməsindən ibarətdir. Azərbaycan tərəfi buna sərt reaksiya nümayiş etdirdi. Sonra görüşün keçirilməsinin motivlərini fərqli təqdim etməyə başladılar. Guya Ermənistanın iqtisadi inkişafın dəstəklənməsi, cəmiyyətin demokrasifləşməsinə köməyin edilməsi və s. kimi iqtiqamətlərdə izah etməyə başladılar. Amma əslində görüşün əsas məqsədi ondan ibarətdir ki, Ermənistana ciddi dəstək olunsun və həmin dövrdə də Avropa İttifaqı tərəfindən Ermənistana 270 milyon avro dəyərində yardım ayrıldı. Ondan sonra ABŞ-də Ermənistana yardım etməyə başladı”. Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, diqqəti cəlb edən əsas məqamlar ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də ABŞ Ermənistanla daha sıx hərbi əməkdaşlıq etməyə başladılar: “Avropa İttifaqının əsas aparıcı ölkəsi olan Fransa Ermənistana böyük həcmdə hücum silahları ötürməyə başladı. Eyni zamanda Fransanın müdafiə naziri də öyünürdü ki, o Ermənistana ən çox səfər edən müdafiə naziri olub. Bunun özü isə aydın nümayiş etdirirdi ki, Avropa İttifaqı Ermənistanı silahlandıraraq onu regionda yenidən gərginlik yaratmaq üçün hazırlayır və Avropa İttifaqı hər zaman öz davranışlarında nümayiş etdirib ki, o, bu və ya digər coğrafiyalarda öz maraqlarını münaqişə amilindən istifadə etməklə təmin etmək niyyətindədirlər. Biz bunu hər zaman başqa istiqamətlərdə də müşahidə etməkdəyik. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra da, Avropa İttifaqı Azərbaycana münasibətdə aşkar qərəzli mövqelər nümayiş etdirməyə başladı.

Politoloq həmçinin bildirib ki, Avropa Parlamentində ölkəmizə qarşı bir neçə dəfə qərəzli müzakirələr keçirildi: “Bunun özü də Avropa İttifaqının Azərbaycana qarşı siyasi mövqeyinin göstəricisi idi. Ona görə də Avropa İttifaqı tərəfindən Ermənistanın həm silahlandırılması, həm də işğalçı və təcavüzkar siyasət həyata keçirən Ermənistana siyasi dəstəyin göstərilməsi bir daha onu sübut edir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda Ermənistanın vasitəsilə yenidən silahlı qarşıdurma yaratmaq niyyətindədir. Çünki Azərbaycanın iradəsi ilə münaqişə amilinin ortadan qalxması, Avropa İttifaqının Cənubi Qafqaz regionunda öz mövcudluğunu təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış oldu. Azərbaycan sözsüz ki, Cənubi Qafqazı uğurlu əməkdaşlıq platformasına çevirmək istəyir. Amma regiondan kənar yerləşən dairələr məhz regionda qarışıqlıq yaratmaq, regionda gərginliyin davamlı olaraq saxlanılması məqsədilə əsasən münaqişə amilinə istinad edirlər. Ona görə də, Ermənistan sistemli şəkildə silahlandırılmaqdadır və bu da sözsüz ki, bütün region ölkələrini ciddi düşündürür. Bu baxımdan hesab edirəm ki, yeganə ümid yeri yenə də Azərbaycanın güc mövqeyidir. Biz hər mənada Ermənistandan çox-çox güclüyük. Ermənistanın kənardan almış olduğu istənilən xarakterli dəstəyə baxmayaraq, biz öz siyasi maraqlarımızı, mövqelərimizi inamla qorumağı hər zaman nümayiş etdirmişik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri