Icma.az
close
up
RU
“Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun...”

“Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun...”

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

"Hazırda dost Ukrayna xalqı ağır bir vəziyyətlə qarşılaşıb. Qərb ölkələrinin maraqları naminə Rusiya ilə uzun müddət savaşan Ukrayna xalqı ABŞ və Kremlin təzyiqlərinə tab gətirə bilmir. Ukrayna ya yeni əraziləri, ya da da ABŞ-ni müttəfiq olaraq itirmək arasında seçim etməlidir. ABŞ-ni müttəfiq olaraq itirmək Rusiyanın daha çox ərazilər əldə etməsini və Ukraynanın daha ağır şərtlərlə Rusiyaya təslim olmasını sərtləndirəcək”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, müharibə üçün güc və imkanları düzgün dəyərləndirmək lazımdır:

“Kiminlə, nə vaxt, hansı qüvvə ilə və nə üçün savaşırsan? sualına dəqiq və konkret cavab tapılmalıdır. Başqa ölkələr naminə Rusiya kimi imperialist və zalim ölkə ilə savaşmaq Ukrayna kimi gözəl bir ölkəni məğlub və darmadağın bir vəziyyətə saldı. Avropa və NATO ölkələri 4 ildir ki, Ukraynaya qoşun göndərməyə söz verdilər, amma göndərmədilər. Bəziləri bir az maliyə və silah dəstəyi verməklə Rusiyanı Ukrayna vasitəsilə tükəndirnəyə çalışdılar. Nəticədə isə bu gün Ukrayna məğlubiyyət və ya daha ağır məğlubiyyət arasında təcili seçim etməlidir. Bir daha şahid oluruq ki, siyasi liderlərin təcrübəsiz və populist davranışları dəhşətli və çox ağır nəticələrə gətirib çıxarır”. 

Ə.Verdiyev bildirib ki, Ukrayna bu müharibədə haqlı tərəf olmasına baxmayaraq dünyanın gözü qarşısında Rusiyaya təslim edilir:

“Digər tərəfdən isə Ukraynadakı müharibə alovunda "əlini qızdıran və cibini dolduran" namərd məmurlar və ləyaqətsiz generallar bu məğlubiyyətə böyük töhfə verdilər.Zelenskinin "Ukrayna sülh istəyir, amma azadlıq, ləyaqət və ədalət olmayan bir sülhü qəbul etməyəcək" bəyanatı isə heç nəyi dəyişməyəcək. Bu bəyanat xalqı ağır şərtlərlə barışmasına hesablanıb. Ukrayna bu sülhü məğlub ölkənin kapitulasiya aktı kimi imzalayacaq ki, daha böyük itkilərdən yayına bilsin. Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun, gələn ilin yayından Kreml sizi daha dərindən narahat etməyə başlayacaq. Kreml sursat itkilərini növbəti iki ildə tamamlayacaq, bundan sonra Avropa rus raketlərinin səslərini daha yaxından eşidəcək, qoca qitənin yuxusu isə ərşə çəkiləcək".

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Noyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri