Kyellini: “10 il əvvəl bunu desəydilər, hamımız gülərdik”
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini İngiltərə klublarının transfer bazarında qurduğu üstünlük barədə danışıb.
Apasport.az xəbər verir ki, “Yuventus”un keçmiş kapitanı İngiltərə Premyer Liqasının maliyyə imkanlarının digər Avropa çempionatlarından xeyli yaxşı olduğunu bildirib.
Kyellini bu barədə “Business of Sport” proqramında fikirlərini bölüşüb:
“Sanki hamı Premyer Liqanı gücləndirir. Onlarla rəqabət apara biləcək başqa liqa yoxdur. Yalnız dörd klub var: “Real Madrid”, “Barselona”, “Bavariya” və PSJ. Vəssalam”.
Keçmiş futbolçu klubların maliyyə imkanlarında yaranan fərqə də diqqət çəkib:
“10 il əvvəl kimsə mənə “Bornmut”un “Yuventus”dan qat-qat çox pul xərcləyəcəyini desəydi, hamımız gülərdik. Amma indi vəziyyət belədir”.
Kyellininin fikrincə, İngiltərə klublarının maliyyə üstünlüyü Avropanın digər çempionatlarının onlarla rəqabətini çətinləşdirir.
Qeyd edək ki, 42 yaşlı Kyellini futbolçu karyerasının böyük hissəsini “Yuventus”da keçirib. O, Turin təmsilçisinin heyətində doqquz dəfə İtaliya çempionu olub, 2021-ci ildə isə İtaliya millisi ilə Avropa çempionatının qalibi adını qazanıb.
PSJ-də ciddi itki - çarpaz bağları qopub Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO Günün oyunları bu kanallarda - TV AFİŞA “Real Madrid” geridönüşlə qalib gəldi, “Barselona”ya çatdı “Amed”in futbolçusu yoxa çıxdı – Baş məşqçi yerini bilmir
Baxış sayı:83
Bu xəbər 23 Noyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















