Icma.az
close
up
RU
Aİ Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün bütün imkanlardan yararlanmağa çalışır

Aİ Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün bütün imkanlardan yararlanmağa çalışır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son dövrlər Avropa İttifaqı Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətində səylər göstərir. Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvə toplantısında da bunu aydın şəkildə görmək mümkün idi. Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında da yüksək səviyyədə təmsil olundu. Ölkə başçısı İlham Əliyev Danimarka və Avropa İttifaqı rəhbərliyinin xüsusi dəvətilə bu toplantıya qatılmışdı.Tirana sammitində olduğu kimi Kopenhagendə də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüş oldu. Danışıqların detallarından bu qənaətə gəlmək olar ki, Aİ Azərbaycanla münasibətlərin müsbət dinamika ilə inkişafında maraqlıdır. Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayenin dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etməsi Aİ-nin bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlı olduğunu göstərir. Aİ rəsmiləri Vaşinqton razılaşmalarının regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümid edir.
Rəsmi Bakı hər zaman tərəfdaşlarla səmimi və qarşılıqlı maraqların təmin olunmasını əhatə edən əlaqələrin qurulmasının tərəfdarıdır. Lakin Aİ-nin müxtəlif dövrlərdə qərəzli davranışları Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Bununla belə, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Bu gün Azərbaycanın təbii qazı 10 Avropa ölkəsinə çatır. Eyni zamanda Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
Təsadüfi deyil ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi sayəsində Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Paralel olaraq Orta Dəhlizin strateji əhəmiyyətinin artması Aİ üçün Azərbaycanın da vacibliyini artırır.
Məlum olduğu kimi, bu günlərdə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun da ölkəmizə səfəri rellaşdı. Səfər zamanı xanım Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulamışdı.
Kopenhagen zirvəsində E.Makronun cənab Prezidentlə görüşü artıq Parisin də Bakı ilə münasibətlərə Aİ prizmasından baxdığını təsdiqlədi.
Yəni, Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün bütün imkanlardan yararlanmağa çalışır.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri