Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib və yeni sanksiya kriteriyalarına Aİ ölkələrində demokratiya, qanunun aliliyi və təhlükəsizliyi pozmaq maddələri də əlavə edilib.
APA bu barədə “Reuters“ə istinadən xəbər verir.
“Yeni kriteira Aİ-yə xarici manipulyasiya və müdaxiləni planlaşdıran, asanlaşdıran, dəstəkləyənlərə qarşı məhdudiyyətlər qoymaq imkanı verir. Aİ həm də üzv dövlətlərin ərazisinə icazəsiz keçidləri də hədəfə ala biləcək”, - Avropa İttifaqı Şurası bildirib.
Qeyd edək ki, son vaxtlar Belarus ərazisindən Litvanın hava sahəsinə qaçaqmalçılıq üçün istifadə olunan hava şarları daxil olur.
Litva rəsmi olaraq bu məsələdə Belarusu ittiham etsə də, Minsk mövzu ilə bağlı hər hansı bir məsuliyyəti inkar edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















