Icma.az
close
up
RU
Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatını uzadıb

Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatını uzadıb

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Brüsseldə bu gün keçirilən iclasında ittifaqa üzv ölkələrin xarici işlər nazirləri birliyin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatının 2027-ci il avqustun 31-dək uzadılmasını təsdiqləyiblər.

“Report”un Avropa bürosu Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın ofisinə istinadən xəbər verir ki, bu, Aİ üçün strateji əhəmiyyət kəsb edən regionlarda münaqişələrin uzunmüddətli həllinə yönəlmiş səylər üçün Aİ siyasəti çərçivəsində zəruridir.

Aİ Şurası həmçinin Böyük göllər regionu üzrə xüsusi nümayəndə Yohan Borqstamın mandatının uzadılmasına qərar verib.

“Manddatların iki il müddətinə uzadılması qərarı bu regionların Aİ-nin xarici siyasəti üçün strateji əhəmiyyətini nümayiş etdirir. Afrikadakı Böyük göllər regionu mürəkkəb təhlükəsizlik problemləri, humanitar çağırışlar və siyasi böhranlar ilə qeyri-sabitlik bölgəsi olaraq qalır. Öz növbəsində Cənubi Qafqaz geosiyasi rəqabət bölgəsidir və Aİ həlli uzadılmış münaqişələrin, o cümlədən Gürcüstanla bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasına yardım edir”, - Aİ-dən bildirilib.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndələri xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndə tərəfindən təklif edilir və Şura tərəfindən təyin edilir. Onlar konkret regionlarda və ölkələrdə, habelə Aİ üçün xüsusi maraq kəsb edən məsələlərdə birliyin siyasət və maraqlarını təşviq edirlər.

Xüsusi nümayəndələrin diplomatik missiyasına danışıqlarda vasitəçilikdən və vəziyyətin monitorinqindən tutmuş Aİ yardımının koordinasiyası və demokratik proseslərin dəstəklənməsinə qədər geniş spektrli vəzifələr daxildir. Mandatların uzadılması Avropa siyasətinin davamlılığını və onların fəaliyyət göstərdiyi regionlarda diplomatik təşəbbüslərin uzunmüddətli planlaşdırılmasını təmin edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri