Zəncirvari qəza: 6 minə yaxın sakin işıqsız qaldı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəranda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə əvvəlcə yolda dayanan “Mersedes” markalı avtomobilə, daha sonra “VAZ-21099” və “VAZ-2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Ardınca avtomobil yol kənarındakı beton elektrik dirəyinə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin ümumilikdə 6 minə yaxın sakini işıqsız qalıb.
İlkin ehtimala görə, qəzaya “Qazel” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















