Aİ filtrli siqaret və e siqaret qadağasını təklif edir
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı Şurası ÜST-ün tövsiyələri əsasında elektron siqaretlər və filtrlı tütün məmulatlarının qadağan edilməsinə dair təklif hazırlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Şuraya görə, bu təşəbbüs “siqaretlərin cəlbediciliyinin azaldılması” məqsədinə xidmət edəcək. Brüssel filtrlı siqaretlərin istehsalı, idxalı və paylanmasının qadağan edilməsini, həmçinin elektron siqaretlərin qadağasını əlavə tənzimləmə variantı kimi nəzərdən keçirəcək.
Ekspertlər qeyd edirlər ki, təklif olunan tədbirlər Aİ-də tütün bazarına və mövcud normativlərə ciddi təsir göstərəcək. “Bild”in yazdığına görə, yalnız Almaniyada siqaretlərin təxminən 95%-i filtrə malikdir, bu da yeni tədbirlərin faktiki olaraq siqaretlərin tam qadağası mənasına gələcəyini göstərir.

