“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 9 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə “AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, proqramın məqsədi istifadəçilərin süni intellekt alətlərindənproqram mühəndisliyində praktiki istifadə bacarıqlarının inkişafetdirilməsi, layihə əsaslı öyrənmə imkanlarının genişləndirilməsivə onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.
14 günlük proqramda 30 nəfərin iştirakı nəzərdə tutulur. İştirakçılar 6 gün intensiv praktiki təlim keçəcək, növbəti 8 gün ərzində isə mentorların dəstəyi ilə komanda layihələri hazırlayacaqlar.
Proqrama bakalavriat pilləsinin son mərhələsində təhsil alan tələbələr, yeni məzunlar və hazırda karyera axtarışında olan şəxslər müraciət edə bilərlər. Namizədlərdən proqramlaşdırma, “backend” və “frontend” üzrə ilkin biliklər, “GitHub” profilinin olması və minimum B1-B2 səviyyəsində ingilis dili biliyi tələbolunur.
İştirakçılar açıq müsabiqə yolu ilə seçiləcək. Seçim zamanı namizədlərin texniki bacarıqları, “GitHub” profilləri, layihələri və motivasiyaları qiymətləndiriləcək.
Təlimlər əyani formatda “Holberton School Azerbaijan”da keçiriləcək. Proqrama qoşulmaq üçün 23 oktyabr 2026-cı iltarixinədək https://4siakademiyasi.az internet səhifəsi üzərindən müraciət etmək mümkündür.
Qeyd edək ki, ödənişsiz əsaslarla təşkil olunacaq proqram “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın qlobal İKT sənayesinin liderləri ilə təlim düşərgələrinin təşkilini nəzərdə tutan tədbirinin icrası çərçivəsində həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















