Aİ İrana qarşı sanksiyalar tətbiq etdi: Şiraz həbsxanasının maliyyə aktivləri donduruldu
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) yeddi iranlı hakimə və penitensiar sistemin üzvlərinə, həmçinin iki təşkilata qarşı "insan hüquqlarının pozulması" və "etirazçılara qarşı repressiyalar" iddiası ilə sanksiya tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Aİ-nin "Rəsmi jurnalı"nda dərc olunan qətnamədə bildirilir.
Sanksiyaya məruz qalan iki təşkilatdan biri ölkənin cənubundakı Şiraz şəhərindəki həbsxanadır. Bununla, digər sanksiyaya məruz qalan hüquqi şəxslərdə olduğu kimi, Avropa biznesinə, xüsusən də investisiya məqsədi üçün hər hansı əlaqə qadağan edilir və Avropa banklarındakı həbsxana aktivləri dərhal dondurulur.
Həmçinin qara siyahıda olan şəxslərin Aİ-yə girişi də qadağan edilib.
Sanksiyalar dərc edildiyi andan qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Aprel 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















