Aİ İsrailə qarşı tədbirləri müzakirə edəcək
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) gələn həftə İsrailin Qəzza zolağındakı əməliyyatlarına cavab olaraq beş mümkün tədbirdən ibarət siyahı təqdim edəcək.
"Report" “Euractiv” nəşrinə istinadən xəbər verir ki, təklif olunan tədbirlərin yalnız bir qisminin təsdiqlənəcəyi ehtimalı yüksəkdir.
“Euractiv”in məlumatına görə, təqdim ediləcək sənəddə aşağıdakı variantlar nəzərdən keçirilir: Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması; ayrı-ayrı şəxslərə qarşı sanksiyaların tətbiqi; ticarət məhdudiyyətləri; silah təchizatına embarqo, həmçinin Aİ və İsrail arasında elmi əməkdaşlığın dayandırılması.
"Bu tədbirlərin əksəriyyəti əvvəllər müzakirə edilsə də, indi onlar ilk dəfə rəsmi olaraq yazılı sənəd şəklində tərtib ediləcək", - nəşr qeyd edib.
Təkliflərin müzakirəsi iyulun 15-də Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 08 İyul 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















