Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Aİ Macarıstan antoqonizmi və yeni geosiyasi gerçəklik

Aİ Macarıstan antoqonizmi və yeni geosiyasi gerçəklik

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) daxili birliyi və institusional möhkəmliyi illərdir müzakirə mövzusudur. Lakin Macarıstanın son illərdəki siyasi xətti bu müzakirələri yeni səviyyəyə qaldıraraq Aİ-nin ideoloji və funksional bütövlüyünü ciddi şəkildə sınağa çəkir. Viktor Orban hökumətinin suverenlik və milli maraqlar əsasında formalaşan siyasəti Brüssellə açıq qarşıdurmaya gətirib çıxarıb. İkitərəfli münasibətlərdəki qarşıdurma – yəni, Aİ–Macarıstan antoqonizmi, təkcə siyasi fərqliliklərlə deyil, həm də enerji təhlükəsizliyi, geosiyasi orientasiyalar və qlobal güc balansları ilə izah olunur.

Macarıstanın Aİ ilə münasibətlərindəki əsas qırılma nöqtəsi Brüssel mərkəzli inteqrasiya ideologiyası ilə Budapeştin milli suverenlik doktrinası arasındakı dərin prinsipial fərqlərdən qaynaqlanır. Aİ uzun illərdir ki, “vahid Avropa” modeli üzərində qurulmuş ümumi dəyərlər sistemini dəstəkləyir və bu model özündə qərarların mümkün qədər mərkəzləşdirilməsini və üzv ölkələrin daxili siyasətinin ümum avropa çərçivəsinə uyğunlaşdırılmasını ehtiva edir.

Viktor Orbanın siyasi fəlsəfəsi isə tamamilə fərqli məntiqə əsaslanır: dövlətin milli iradəsi və daxili qərarvermə hüququ toxunulmazdır. Onun tez-tez vurğuladığı “Macarıstanın taleyini yalnız macarlar müəyyən edə bilər” fikri Brüsselin unifikasiyaya yönəlmiş siyasətinə qarşı açıq ideoloji çağırışdır. Diskursal qarşıdurma artıq daha dərin – siyasi identiklik və gələcək vizyon səviyyəsində yaşanır. Brüssel bürokratiyasının çeviklikdən uzaq, tez-tez real kontekstdən qopmuş qərar mexanizmləri Macarıstan kimi öz strateji müstəqilliyini qorumağa çalışan ölkələr üçün ciddi çətinliklər yaradır. Aİ-nin əsasən Qərb mərkəzli baxış bucağı mərkəzi və Şərqi Avropa ölkələrinin tarixi keçmişini və siyasi reallıqlarını yetərincə nəzərə almır. Nəticədə, bu amil Avropa ailəsi daxilində qarşılıqlı anlaşma və qarşılıqlı hörmətin zəifləməsinə səbəb olur.

Belə bir şəraitdə Budapeşt öz xarici siyasətində daha balanslı və çoxtərəfli yanaşma nümayiş etdirməyə başlayır. Qərblə münasibətlərdə gərginliyin artdığı məqamlarda Macarıstan Şərq tərəfdaşlığı istiqamətində aktiv diplomatik addımlar atmağa başlayır. Xüsusilə, enerji təhlükəsizliyi məsələsində Aİ-nin qeyri-müəyyən və ideoloji yanaşmaları fonunda Orban hökuməti daha praqmatik və real əməkdaşlıqlara üstünlük verir.

Məhz bu kontekstdə, Azərbaycanla enerji tərəfdaşlığı Macarıstan üçün strateji önəm kəsb edir. Azərbaycanın sabit enerji təchizatçısı rolunu oynaması qardaş ölkənin enerji asılılığını diversifikasiya etməsi baxımından vacib alternativ yaradır. Bu əməkdaşlıq həm də siyasi mesaj xarakteri daşıyır: Budapeşt göstərir ki, alternativ tərəfdaşlar vasitəsilə Brüsselin təzyiqlərinə qarşı müstəqil manevr imkanları mövcuddur.

Beləliklə, suverenlik doktrinası ilə inteqrasiya ideologiyası arasında gedən qarşıdurma, sadəcə, Macarıstan–Aİ münasibətlərinin deyil, bütövlükdə bu qurumunn gələcək modelinin necə formalaşacağına dair daha geniş diskussiyanın tərkib hissəsidir. Macarıstanın enerji təhlükəsizliyi məsələsində Aİ-nin mərkəzləşdirilmiş və tez-tez ideoloji çərçivələrə sıxışdırılmış siyasətinə inamsızlığı onu daha çevik, praqmatik və çoxqütblü enerji diplomatiyasına sövq edir. Aİ-nin bəzən reallıqdan uzaq “yaşıl keçid” yanaşmaları və enerji təchizatçılarının siyasiləşdirilməsi fonunda Budapeşt öz enerji siyasətini milli maraqlara əsaslanaraq formalaşdırmağa çalışır. Bu tabloda Azərbaycanla əməkdaşlıq birbaşa milli təhlükəsizlik və strateji müstəqillik məsələsidir.

Son illərdə Bakı–Budapeşt xəttində müşahidə olunan yaxınlaşma qarşılıqlı enerji maraqları ilə yanaşı, geosiyasi baxımdan da mühüm prosesin göstəricisidir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya açılan enerji xətti Macarıstan üçün Rusiya qazından alternativ və dayanıqlı enerji mənbəyi tapmaq baxımından həyati əhəmiyyət daşıyır. Bu marşrut, eyni zamanda, siyasi iradə və strateji tərəfdaşlığın ifadəsidir.

Azərbaycan regionda həm sabitlik amili, həm də enerji təchizatında etibarlılığı ilə seçilən aktordur. Rusiya və İran kimi böyük enerji oyunçularına alternativ olaraq Azərbaycanın Avropanın “üçüncü yolu” kimi qəbul olunması siyasi risklərin azaldılmasına əsaslanır. Mövcud kontekstdə Macarıstan üçün Azərbaycanla əməkdaşlıq ənənəvi enerji bazarlarının siyasi manipulyasiyasından uzaq durmaq üçün mühüm alətə çevrilir. Üstəlik, bu əlaqələr Aİ daxilində enerji maraqlarının coğrafi baxımdan yenidən bölüşdürülməsi prosesinə də təsir göstərir. Şimali və Qərbi Avropa ölkələrinin enerji strategiyalarının dominantlığına qarş Mərkəzi və Şərqi Avropada öz maraqlarını müdafiə edə biləcək yeni güc xətti formalaşır. Macarıstanın Azərbaycanın enerji siyasətində fəal iştirakı bu baxımdan “Şimal–Cənub–Şərq” enerji maraqları xəritəsində yeni balansın yaranmasına şərait yaradır. Eyni zamanda, bu əməkdaşlıq Macarıstanın beynəlxalq arenada daha çevik və çoxvektorlu diplomatik oyun qurmasına imkan verir. Azərbaycanla münasibətlər Budapeştin təkcə enerji təminatını deyil, həm də siyasi manevr imkanlarını genişləndirir ki, bu da Macarıstanın Aİ içində sözünü daha inamla deməsinə və suverenlik mövqeyini gücləndirməsinə şərait yaradır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Aİ daxilində həmrəyliyin sınağa çəkildiyi əsas geosiyasi hadisəyə çevrildi. Aİ-nin cavab tədbirləri – xüsusilə, sərt iqtisadi sanksiyalar paketi– üzv dövlətlər arasında fikir ayrılıqlarını daha da kəskinləşdirdi. Burada Macarıstanın mövqeyi Aİ-nin konsensus prinsipini sarsıdan başlıca faktor kimi önə çıxır. Budapeştin əsas arqumenti sanksiyaların Rusiya iqtisadiyyatına deyil, əksinə, Avropa ölkələrinin iqtisadi sabitliyinə daha çox ziyan vurması ilə bağlıdır. Orban hökuməti hesab edir ki, Aİ münaqişənin diplomatik həlli üçün konkret strategiya formalaşdırmadan, Rusiya ilə qarşıdurmanı təkcə siyasi yox, həm də iqtisadi cəbhəyə daşımaqla özünün iqtisadi maraqlarını təhlükə altına atır. Bu amil Macarıstanın özünü regional sülhün təşviqində “vasitəçi dövlət” kimi təqdim etməsi üçün əlverişli zəmin yaradır. Macarıstanın fərqli yanaşması Aİ daxilində gedən geosiyasi parçalanmanın təzahürü kimi də qiymətləndirilə bilər. Budapeşt təkcə Moskva ilə körpüləri tam şəkildə yandırmayan azsaylı Avropa paytaxtlarından biri kimi özünü neytral oyunçu və vasitəçi aktor olaraq göstərmək istəyir. Onun bu mövqeyi klassik “realist xarici siyasət” ənənələrinə əsaslanır və çoxqütblü dünyada manevr imkanlarını qorumağa yönəlib.

Elə bu kontekstdə Macarıstan təkcə Aİ daxilində deyil, həm də onun hüdudlarından kənarda – xüsusilə də, Avrasiya məkanında – yeni tərəfdaşlıq xətləri qurmağa can atır. Azərbaycanla münasibətlərin intensivləşdirilməsi də məhz bu strategiyanın tərkib hissəsidir. Avropada sərt xəttin tərəfdarı olan ölkələrdən fərqli olaraq, Macarıstan regional sabitliyin qorunmasında qeyri–Qərb güclərin rolunu tanıyan və onlarla əməkdaşlığı zəruri sayan yanaşmanı seçir. Azərbaycan isə bu konfiqurasiyada həm enerji təhlükəsizliyi baxımından, həm də müharibədən sonra formalaşan yeni geosiyasi düzəndə mühüm vasitəçi və tərəfdaş kimi qəbul edilir. Budapeştin Bakı ilə əlaqələri genişləndirməsi həm də yeni dünya nizamında çevik diplomatik mövqe tutmaq istəyindən doğur.

Nəticə etibarilə, Macarıstanın Rusiya – Ukrayna müharibəsi fonunda fərqli mövqe tutması və sanksiyalara qarşı çıxması onun Avropa daxilində özünəməxsus siyasi xəttin daşıyıcısına çevrilməsinə gətirib çıxarır. Bu xəttin regional və qlobal tərəfdaşlıq kontekstində əsas dayaqlarından biri isə Azərbaycanla qurulan çoxvektorlu əməkdaşlıqdır. Bəzi siyasi dairələrdə Macarıstanın bu mövqeyi Aİ-dən çıxışın ilkin əlamətləri kimi qiymətləndirilsə də, rəsmi Budapeşt bu iddiaları qətiyyətlə rədd edir. Əksinə, Viktor Orban Aİ-nin qlobal səviyyədə yenidən güc mərkəzinə çevrilməsi üçün islahatların vacibliyini vurğulayır.

Sonda onu da qeyd edək ki, bütün bu reallıqlar fonunda Azərbaycan–Macarıstan əlaqələri alternativ diplomatik modellərin formalaşdırılması baxımından diqqətəlayiq nümunəyə çevrilir. Aİ daxilində dərinləşən ziddiyyətlər və yeni dünya düzəni kontekstində Macarıstanın xarici siyasəti Avropa sistemində transformasiya çağırışı kimi dəyərləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri