Icma.az
close
up
RU
Sabiq deputat mərhum alimdən yazdı

Sabiq deputat mərhum alimdən yazdı

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Akademik Tofiq Hacıyev: “Həsən Mirzəyev müasir Azərbaycan elminin feilidir”.

26 noyabr Filologiya elmləri doktoru , görkəmli dilçi-türkoloq, şair, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin anadan olmasının 98-ci ildönümüdür.

Həsən müəllim haqqında yazıya başlamaq istəyəndə Nobel mükafatı laureatı İrlandiya şairi Şeymas Hininin poeziya haqqında söylədiyi fikri yadıma düşdü: “Poeziya – hər dəfə yenilik imkanlarıdır. Bu feil olmağa can atan isimdir. İsimdir ona görə ki, şeir və sənətkarlıq əsərləri özündə hansısa mövcudluğu saxlamalıdır, özündə fikir, yaradıcılıq aktlarını təcəssüm etmək isə feilin xarakteristikasıdır.”

“Feil hərəkətdir, feil sürətdir, döyüşkəndir” fikri mərhum professor Həzən Mirzəyevə məxsusdur. Həsən Mirzəyev feilə heykəl qoyan görkəmli alim və şəxsiyyətdir.

Professor Mahirə Nağıqızı Həsən Mirzəyev haqqında yazdığı məqalələrinin birində Albert Eynşteyndən sitat gətirib: “İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər”.

Bu aforizmdə biz Həsən müəllimin şəxsiyyətini görürük: Həsən Mirzəyev rəhbərlik etdiyi «Müasir Azərbaycan dili» kafedrasında 21 il müddətində 8 nəfər filologiya elmləri doktoru, 10-larla fəlsəfə doktoru yetişdirmişdir. 24 magistrin (magistr dissertasiyasının), 85 diplomçunun (diplom işinin, buraxılış işinin) elmi rəhbəri olmuşdur. O, 200-dən çox elmi əsərin müəllifidir: 25 kitabı, 8 tədris proqramı çap olunmuşdur.

Ötən əsrin 90-cı illərinin ərəfələrində, azərbaycanın taleyüklü məqamlarını yaşayan zamanlarda Həsən Mirzəyev əsl vətəndaş mövqeyi nümayiş etdirdi: Azərbaycanın gələcəyi, onun nicatı naminə Heydər Əliyevin yanında yer tutdu. O, sonradan “91”lər adlanacaq ziyalıların sırasında ilkin dayananlardan biri oldu. O şəxslərin ki, onlar Heydər Əliyev müdrikliyinə, dövlətçilik təfəkkürünə inamla böyük xilaskara azərbaycanda siyasi hakimiyyətə gəlmək üçün çağırış etdilər.

Milli Məclisin 2003-cü ilin payız sessiyası zamanı Həzən Mirzəyev Azərbaycan vətəndaşlarına hələ də yaralarından qan daman ölkəmizin dərdllərinə YAP-n vahid namizədi İlham Heydər oğlu Əliyevin əlac olacağını deyirdi. O, inanırdı ki, Azərbaycanın qəsb edilmiş tarixi torpaqları İlham Əliyevin diplomatiyası, Ali Baş Komandanı olduğu silahlı qüvvələrin gücü hesabına öz hüquqi varislərinə qayıdcaq. Ruhunuz şad olsun, əziz Həsən müəllim! Biz Zəfər qazandıq.

Həsən müəllim soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması ilə heç cür barışa bilmirdi. O, Qərbi Azərbaycandan didərgin düşmüş insanların Qarabağa köçürülmələri üçün əlindən gələni əsirgəmirdi. Zaman-zaman işğallara məruz qalan, parçalanan, doğranan torpaqlarımızın fəryadını insanlara çatdırır, Vətənin övladlarını qisas almağa, əsir qalan elləri, obaları, məktəbləri, yaylaqları, dağları azad etməyə çağırırdı:

Düşmən əlindədir müqəddəs yerim,

Ləlim, cəvahirim, abidəm, pirim,

Qoy ayağa qalxsın igidim, ərim,

Bəlkə bu şad xəbər silə dərdimi.

Babamın o yerdə izi qalıbdır,

Nənəmin nəğməli sözü qalıbdır,

Türk-oğuz yurdunun gözü qalıbdır,

Töksəm də aparmaz Nilə dərdimi.

Bəli, Həsən Mirzəyevin bu şeiri əvvəldən axıra kimi feildir. Və feilə heykəli belə qoyurlar.

Etibar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri